reklam

Manşet

Qurban Məmmədov.Büdcəni doldurma yollarından ən asanı.

Yazar Unknown четверг, 14 января 2016 г. 0 коммент.
Qurban MəmmədovCənab Prezident! Siz Xəzər dənizinin sahili boyu tikilmiş villaları, obyektləri görmüsünüzmü?
Bəs Respublikamızın dağ yerlərində, meşələrində, bulaq başlarında, səfalı çöllərimizdə tikilmiş villaları necə?
Azərbaycan iş adamlarının, məmurların, firmaların xarici ölkələrdə tikdikləri və aldıqları daşınmaz əmlakın və ortaqlıqlarının miqyası bəllidirmi?
Bütün bunların qiymətləri milyardlarla ölçülür.
Bu adamlar həmin sərvətlərə sərf etdikləri qazanclarının vergisini veriblərmi?
O vergi obyektlərindən götürüləcək gəlirlə büdcəmizi kifayət qədər "dözümlü" edə bilərik.
Hərəkət edin, cənablar, durmayın.
Büdcəmiz, qızmar günəş altında səhraya səpilən su kimi qurumaqda, millətin əsəbi tarımda, korrupsionerlər də millətdən soyduqları, büdcədən oğurladıqları pullarla sərvətlərini artırmaqda...
Hara gedir bu karvan ...

Комментариев нет: