reklam

Manşet

Coşqun Eldaroğlu.Ölkədə normal dövlət yoxdursa,qoy heç futbol da olmasın.

Yazar Unknown вторник, 19 января 2016 г. 0 коммент.
Coşqun EldaroğluBöyük neft pulları görənlərdən biri də futbolçular oldu. Sizə bank kredit verəndə sevinirdiz, onlardan heç xəbəriniz yox idi. Bəyənib Şərqi Avropa ölkələrinin klublarına oynamağa getmirdilər. Çünki burda çox böyük pul qazanırdılar. İli 400-500 min manatlıq razılaşmaya qol çəkirdilər, vergi-zad da vermirdilər. Ortaya hüquqi əsasları olan müqavilə də qoyulmurdu. Yalnız qara mühasibat. Bundan başqa, aylıq məvacib və mükafat alırdılar. Özlərini oliqarx kimi aparırdılar. Bahalı maşınlar, villalar, gözəgəllimli qadın müğənnilərə intim təkliflər. Çox cızıqlarından çıxmışdılar. Jurnalistləri adam yerinə qoymurdular. Mən vaxtilə idman mətbuatında işləyəndə onların acından ölən gününü görmüşdüm. Futbolçu gözümün qabağında baş məşqçidən avtobus üçün gedişhaqqı istəmişdi. Sonradan o futbolçu bizə bahalı maşının pəncərəsindən boylanmağa başladı. Bahalı deyəndə ağlınıza 30-40 min dollarlıq maşın gəlməsin. O vaxt bunu desəydiniz, həmin futbolçular sizə ağzıyla gülməzdi. Danışırdılar ki, futbolçulardan biri avtomobil salonuna girib, görüb ki, ən bahalısı 80 min manatdı. Ağız büzmüşdü, demişdi ki, sizdə fərli maşınlar yoxdu. İqtisadi böhran, devalvasiya həm də onlara böyük zərbə endirdi. Klublar ardıcıl dağılır, yerdə qalanları futbolçulara azı 10-15 dəfə aşağı pul təklif eləyir, iş o həddə çatıb ki, oyunçular xaricdə klub axtarırlar. Rədd olsun futbol! Demokratiya, vətəndaşın sosial təminatı, ədalətli məhkəmə, şəffaf idaretmə yoxdusa, qoy heç futbol da olmasın!

Комментариев нет: