reklam

Manşet

Natiq Ədilov."Naxçıvanizm"

Yazar Unknown понедельник, 25 января 2016 г. 0 коммент.
Natiq AdilovYevlaxda bir "El" tv var. Dünən onların youtub hesablarında bir film izlədim. Sonra dinc qalmayıb, hesabdakı başqa verilişləri incələdim. Çox pis oldum. Ölkəmizdə yerliçiliyin necə qaba və dəhşətli formada tüğyan elədiyi qəlbimi ağrıtdı.Başa düşə bilmədim ki, bu televiziyanı idarə edənlər nə demək istəyir, məqsədləri nədir?
***
Yevlaxdakı tv-nın verilişlərinin gözdən keçirdim və özümə sual verdim: Görəsən, bu kanalın adı niyə "Naxçıvan tv" deyil?
Az qalıblar ki, Naxçıvandakı cığırlardan, örüşlərdən də nəsə çəkib ictimaiyyətə təqdim eləsinlər.
Məni düz başa düşün, Naxçıvan da bizimdir, üstəlik atalarımız deyib ki, elin o başı bu başı olmaz. Amma atalarımız bu sözü deyəndə, daha onu nəzərə tutmayıblar kı el başboy Naxçıvan olmalıdır!!
El Tv-nın cılız, nadan rəhbərliyi bununla nə demək istəyir? Naxçıvanın bu cür şiddətlə və aqressiv formada təbliğatı nəyə və kimə gərəkdir? Nə üçün ölkənin bir nömrəli problemi olan Qarabağın tanıtımına 5 faiz, Naxçıvanın təqdimat və təbliğinə 75 faiz yer ayrılır?! Nə olub axı?
Görsəydim ki, o verilişlərin içində heç olmaya bir dənəsi var ki, orda...
- ev eşiyindən bir tikə çörək qazanmaq üçün didərgin düşən naxçıvanlının səsi eşidilir;
- Vasif Talıbovun əcaib qadağalarından və zülümdən şikayət edənlərin dərdi göstərilir, onda susardım, heç bu statusa da ehtiyac qalmazdı.
***
El tv və onun kimilərin etdiyi düşmən işidir. Bu vətən torpağını sevdirmək, tanıtmaq deyil. İnsanları qıcıqlandırmaq, süni disbalans yaratmaqdır. Biz belə şeylərə qarşı son dərəcə diqqətli olub, ölkəni idarə edən zəlil təfəkkürlü insanların fitnəsini alovlanmağa qoymamalıyıq. Bu gün Yevlaxda və başqa yerdə gördüklərimiz əslində Naxçıvan sevgisi deyil, bu sadəcə Marksın təbirincə desək, hakim sinifin təbliği, onlara yaltaqlanma, onları legitimləşdirmə cəhdidir. Mən yanılıramsa, onda El Tv-dən kimsə, yaxud bir başqası gəlsin və lap yuxarıda qoyduğum sualları cavablasın.

Комментариев нет: