reklam

Manşet

Elnur Astanbəyli.Rüşvət də devalvasiyaya uğrayıb.

Yazar Unknown пятница, 22 января 2016 г. 0 коммент.
Elnur AstanbəyliMikayıl Cabbarov Londonda Azərbaycanın təhsil təcrübəsinin beynəlxalq maraq doğurması barədə “qızıl xırdalayarkən”, burada bir ali məktəbdə, daha dəqiq desək, Gəncə Dövlət Universitetində tələbələr ayağa qalxdılar, onlardan imtahan dövründə alınan rüşvətin artırılmasına etiraz etdilər.
Çox haqlı etirazdır, ikiəlli dəstəkləyirəm. Bəyəm rüşvət də xaricdən idxal olunur ki, o da yağın, çayın, qəndin qiyməti kimi, qalxsın?! Rüşvət ki ölkəmizdə boldur, hətta biz dünyaya rüşvət ixrac edən ölkəyə çevrilmişik, bir də baxırsan, hansısa ölkədə bizdən aldığı rüşvətə görə özlərinin deputatlarını, vəzifəli adamlarını yıxıb-sürüyürlər, ya da hansısa beynəlxalq idman yarışında rüşvətlə medal almağımız barədə yazıb-pozurlar. Yaxşı, bütün bunlardan sonra niyə Azərbaycanda rüşvət də qalxmalıdır? Bu cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir.

Комментариев нет: