reklam

Manşet

Şahvələd Çobanoğlu.ABŞ-da maraqlı elmi uğur

Yazar Unknown среда, 20 января 2016 г. 0 коммент.
Shahveled ChobanogluABŞ təkcə iqtisadiyyatı, vətəndaş cəmiyyəti, ordusu və s. ilə güclü deyil. Onun çox sayda sadə ədədləri də var. Gülməyin, çox böyük sadə ədədlər var-dövlət sayılır. Yəni, 1-ə və özünə bölünən sadə ədədləri deyirəm. Şifrələnmə və elmi baxımdan bu ədədlər çox faydalıdır və hətta bir çox sadə ədədlər ABŞ-da dövlət sirri kimi qorunur. Böyük sadə ədədləri tapan alimlər böyük məbləğdə pul mükafatı ala bilirlər. 
Sadə ədədlər riyaziyyatı sizə sadə görünməsin. Riyaziyyatın 6 həll olunmayan problemindən biri də (Riman hipotezi) bu bölməyə aiddir.
Yeri gəlmişkən bu ədədlərin tapılması üzrə layihə kömpüter prosessorlarında səhvləri tapır, onları gəlişdirir.
Sözümün canı nədir, indi Missuri Universitetindən olan alim bəlli olan ən böyük sadə ədədi tapıb: (2 üstündə 74207281) – 1. New Scientist yazıb ki, bu ədədin 22338618 rəqəmi var.
Heç ABŞ-a getmək arzum olmayıb, amma gedib həmin ədədi müəyyən edən alqoritmi görmək istərdim. Əgər göstərsələr.

Комментариев нет: