reklam

Manşet

Natiq Ədilov.İlham Əliyevin DAVOS forumunda nə işi var?

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
Natiq AdilovMəlumata görə bu forumda 9 prezident, təxminən o qədər də hökumət başçısı iştirak edib. Bu forum iqtisadi forumdur.
Azərbaycanı orda normalda böyük şirkətlər, holdinqlər, milyonerlər təmsil eləməliydi. Onlar isə yoxdur. Təsəvvür edirsizmi? 
15 ildir ölkə 180 milyarda qədər qazanıb, amma ortada bircə nəfər də rəsmi milyoner yoxdur!
Hə var hamısı bu adamındır, buna görə onun Davosa onun özünün getməsi məntiqli görünə bilər! Fəqət, Davos "bankrot olmuşların" kaybedenlər klubu deyil. İlham Əlieyev axı orda hansı uğurlu təcrübəsini bölüşə bilər? Milyardları necə mənasızcasına tozlamağımı?
İlham Əliyev orda ən yaxşı halda kimisə bədbəxt edib borc qopara bilərdi. Amma forumdakılar nə onun, nə də bizim düşündüyümüz qədər axmaq və pulunuzun qədrini bilməzlərdən təşkil olmayıb. Heç kim iqtisadiyyatın anasını ağlar qoyan adama indiki dövrdə borc vermir. Elə özünüzdən götürün siz verərsiz?

Комментариев нет: