reklam

Manşet

Gültəkin Hacıbəyli.Bu iqtidar nə gözləyir,barıt çəllləyinə dönmüş ölkənin partlamağınımı?

Yazar Unknown среда, 20 января 2016 г. 0 коммент.
Gültəkin HacıbəyliKeçmiş deputat,hal-hazırda müxalifətdə olan,Milli Şuranın Kordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli öz fb səhifəsində ölkədə baş verənlərə münasibətini bildirib.Həmin yazını olduğu kimi sizə təqdim edirik.
Dostlar, ölkədə nələr baş verdiyini görürsünüz. 50-60 faizlik bahalaşma, kütləvi ixtisarlar, işsizlik fonunda manat dəyərini iki dəfədən çox itirdi. Qarşıdan daha ağır günlər gəlir. Martdan etibarən maliyyə-bank sisteminin çöküşü reallaşacaq. Ən sonuncu optimistlərin neftə olan son ümidləri də məhv oldu. İnsanlar ac, yoxsul, ümidsiz. İkinci devalvasiyaadan artıq bir ay keçir. Siz bu müddət ərzində hökumətin əhalinin sosial vəziyyətini düzəltmək, ölkəni düşdüyü uçurumdan çıxarmaq, məhv edilmiş iqtisadiyyatı canlandırmaq istiqamətiində hansısa ciddi bir addımını görmüsünüz? Mən pensiyalara 10 manatlıq gülünc artım kimi kosmetik tədbirləri demirəm. Bəlkə, monopoliyalar aradan götürülüb?! Bəlkə, korrupsiyanın qarşısını alıblar, bəlkə məhkəmələrə müstəqillik veriblər?! Bu hökumət nə düşünür, nəyə ümid edir, nəyi gözləyir?! Barıt çəlləyinə dönmüş və regionlarda artıq sız-sıx qığılcım verən ölkənin partlamağınımı?!

Комментариев нет: