reklam

Manşet

Corc Kluninin arvadı Xədicə İsmayılı müdafiə edəcək.

Yazar Unknown среда, 20 января 2016 г. 0 коммент.
Hollivud ulduzu aktyor Corc Kluninin xanımı, Beynəlxalq miqyasda tanınmış vəkil Amal Kluni Amerikanın NBC tele şirkətinə müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.
O, Xədicə İsmayılın adını çəkməsə də, “Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin” işini götürməsindən danışaraq, onun “olduqca cəsur bir qadın olduğunu” deyib.
Amal Kluni deyib ki o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Комментариев нет: