reklam

Manşet

Şahvələd Çobanoğlu.Ölümü öyrənmək

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
Shahveled ChobanogluYeniyetmə idim, başqa bir respublikanın paytaxtında fizika fənnindən olimpiada bitdi, nəzəri tur ən yüksək 25 bal, təcrübə turu 0 (sıfır) bal. Kimsə öydü məni, kimsə güldü mənə. Uğurla uğursuzluğun arasında şoka girmişdim. Bu vəziyyət elə də mənim tale tərzim oldu. Hamını tərk edib şəhərə çıxdım, kitab mağazasına girdim. Dörd şey aldım. 
1) Balaca şəffaf paketdə qum - Çe Gevaranın öldüyü yerin qumundan idi. Üstündə kağız şəkil də vardı. 
2) 32 rubla elektron kalkulyator.
3) Qalua nəzəriyyəsi barədə rusca kitab – Riyaziyyatçı Everist Qalua da inqilab dalğasında çox gənc ikən ölmüşdü.
4) Mişel de Montenin məşhur "Təcrübələr"i.
Məni daha çox “Təcrübələr” maraqlandırdı. Çünki təcrübələrdən 0 bal toplamışdım)))
Bir neçə vərəqi aşırdım, növbəti başlıq təxminən belədir: “Fəlsəfəni öyrənmək ölməyi öyrənməkdir”.
Məni qəribə və qaramat bir hiss bürüdü. Çe Gevaranın öldüyü yerdən qum. Riyaziyyatda ölümü elmi problemə çevrilmiş Qalua və Montenin ölüm haqda essesi.
Mən yaşamaq eşqi ilə dolu birisi idim və eləyəm. Amma həmin gün bir şey öyrəndim: "Hamımız bir gün öləcəyik. Ona görə də sanki bu dünyanı əbədi tutacağıq tamahı, ehtirası, eşqi, nəhayət nadanlığı ilə yaşamaq gözümdə bir heç oldu".
Fizika olimpiadasından qazandığım bu oldu!
Fizika müəllimim isə möhtəşəm bir insan idi! Ruhu şad olsun!

Комментариев нет: