reklam

Manşet

HAKİKİ KENDİ ÜRETİMİMİZ OLAN VE KENDİ ÇİFTLİĞİMİZDE

Yazar Unknown пятница, 29 января 2016 г. 0 коммент.
Devamını Oku...

O dünyadan salam (Ölüler)

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Geyimə yox, əmələ diqqət edin!

Yazar Unknown 0 коммент.
Devamını Oku...

AŞPA aksiya Ilham Alieve qarşı

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Женшина обрашаеться Путину:"Давайте вернем этот Крым"

Yazar Unknown четверг, 28 января 2016 г. 0 коммент.
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...

Bakıda qar nəqliyyatı iflic etdi.27.01.2016.

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Zaqatala sakinlərinə müraciət !

Yazar Unknown среда, 27 января 2016 г. 1 коммент.
Devamını Oku...
Devamını Oku...

Avropa batır silsiləsindən

Yazar Unknown 0 коммент.
Devamını Oku...

"Fağır bir prezident tapmışdınız"

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Ögey ana (1958)

Yazar Unknown 0 коммент.
Devamını Oku...

İsmayılın mahnısı Ögey ana,(1958)

Yazar Unknown 0 коммент.
Devamını Oku...
Devamını Oku...

Kanadada və Azərbaycanda qar təmizləmə.

Yazar Unknown вторник, 26 января 2016 г. 0 коммент.
Devamını Oku...

Natiq Ədilov.Haqqın ağzına daş basanlar

Yazar Unknown 0 коммент.
Natiq Adilov"Tale Bağırzadəyə işgəncə verilməsi ilə bağlı xəbərlər yayılır. Bu səpkidə əks statuslar yazmaq lazımdır, kim nə düşünür?"
Bunları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bu gün saat 10-59 'da öz facebook səhifəsində yazmışdır. Çox güman, o texniki səhvə yol verərək bunu hamı üçün açıq yazıb, yəqin bu status daxili qrupları üçün imiş. Bu səbəbdən az sonra status silinib. Amma izlər, göründüyü kimi qalır!
İndi görün bizim hökumət necə işləyir?
Haqqın ağzına daş basan yaramazlar! Deməkdən ki, bu işgəncə faktı niyə araşdırılmır? Nə üçün adama işgəncə verirlir? Niyə dövlət orqanları bu haqda izahat vermir? Deyir ki, işgəncəni necə malalayaq?
Başınıza gəlsin o işgəncənin 10 faizi, bəlkə, onda hidayət olasınız.
Devamını Oku...

"Evləri köndələn yar" televiziya tamaşası

Yazar Unknown 0 коммент.
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...

Görüş azerbaycan filmi

Yazar Unknown понедельник, 25 января 2016 г. 0 коммент.
Devamını Oku...

Azərbaycan reallıqları.Gündüz Ağayev.

Yazar Unknown 0 коммент.
Devamını Oku...
Нам стало известно, что нашего коллегу, писателя Шакерли Садай Асад оглы среди белого дня, на улице его родного города задержали сотрудники правоохранительных органов.
Садай Шакерли – патриот Азербайджана. Он и родился в селе Баджиреван, и писал книги о своей родине, о своем народе. В вину ему вменяется страшное обвинение, что для писателя совершенно не свойственно. Понятно, что его арест связан ни с какими­то«вымогательствами, а именно с писательским ремеслом, потому что в книгах писателей всегда есть место для критики современных ему порядков в стране, что он как писатель не скрывает своего сострадания к своим согражданам, оказавшимся в социально стесненных условиях.
Не хочется использовать арест писателя для печали о гуманитарной катастрофе,переживаемой нашей современной цивилизацией, ценности которой сегодня оказываются лишь приманкой и ловушкой для каждого честного человека,способного в них поверить. Ведь Шакерли Садай Асад оглы – это не литературный герой, не мифологизированный старатель политических противостояний. Он всего лишь тот человек, который по своему писательскому призванию не лишен простого сочувствия к человеческому страданию. И единственное, что может его защитить – наше такое же ответное к нему сопереживание, наше неравнодушие к его жизни и судьбе.
Мы обращаемся к Вам, господин Президент, с просьбой вмешаться в работу правоохранительных органов, помочь разобраться и освободить писателя Шакерли Садай Асад оглы, автора книг, которые издавались в Азербайджане, России, Иране,Турции и в Америке, приумножая славу литературы Азербайджана.
Писатели России:
Юрий Бондарев, Станислав Куняев, Валерий Ганичев, Александр Проханов, Виктор Лихоносов, Юрий Лощиц, Александр Бобров, Михаил Годенко, Семен Борзунов,
Владимир Крупин, Владимир Бондаренко, Валерий Исаев, народный артист России Михаил Ножкин, Михаил Лобанов, Владимир Костров, Александр Сегень, Сергей Куличкин, Константин Скворцов, Сергей Котькало, Геннадий Иванов, Лариса Баранова­,Гонченко, Николай Дорошенко, Николай Иванов, Игорь Янин, Виктор Линник, Сергей Перевезенцев, Валерий Хайрюзов, Марат Мусин, Виктор Гуминский, Александр Фоменко, Андрей Печерский, Сергей Прохоров, Святослав Иванов (Воронеж), Елена Кузьмина (Архангельск), Елена Галимова (Архангельск), Михаил Чванов (Уфа), Михаил
Попов (Архангельск), Василий Козлов (Иркутск), Евгений Кулькин (Волгоград), Николай Александров (Новосибирск), Ким Балков (Иркутск), Николай Лугинов (Якутск), Борис Орлов (Санкт­Петербург), Николай Егоров (Тюмень) и мн. др.
По поручению писателей России,
с неизменным почтением,
Председатель Союза писателей России
В.Н. Ганичев
Devamını Oku...

Natiq Ədilov."Naxçıvanizm"

Yazar Unknown 0 коммент.
Natiq AdilovYevlaxda bir "El" tv var. Dünən onların youtub hesablarında bir film izlədim. Sonra dinc qalmayıb, hesabdakı başqa verilişləri incələdim. Çox pis oldum. Ölkəmizdə yerliçiliyin necə qaba və dəhşətli formada tüğyan elədiyi qəlbimi ağrıtdı.Başa düşə bilmədim ki, bu televiziyanı idarə edənlər nə demək istəyir, məqsədləri nədir?
***
Yevlaxdakı tv-nın verilişlərinin gözdən keçirdim və özümə sual verdim: Görəsən, bu kanalın adı niyə "Naxçıvan tv" deyil?
Az qalıblar ki, Naxçıvandakı cığırlardan, örüşlərdən də nəsə çəkib ictimaiyyətə təqdim eləsinlər.
Məni düz başa düşün, Naxçıvan da bizimdir, üstəlik atalarımız deyib ki, elin o başı bu başı olmaz. Amma atalarımız bu sözü deyəndə, daha onu nəzərə tutmayıblar kı el başboy Naxçıvan olmalıdır!!
El Tv-nın cılız, nadan rəhbərliyi bununla nə demək istəyir? Naxçıvanın bu cür şiddətlə və aqressiv formada təbliğatı nəyə və kimə gərəkdir? Nə üçün ölkənin bir nömrəli problemi olan Qarabağın tanıtımına 5 faiz, Naxçıvanın təqdimat və təbliğinə 75 faiz yer ayrılır?! Nə olub axı?
Görsəydim ki, o verilişlərin içində heç olmaya bir dənəsi var ki, orda...
- ev eşiyindən bir tikə çörək qazanmaq üçün didərgin düşən naxçıvanlının səsi eşidilir;
- Vasif Talıbovun əcaib qadağalarından və zülümdən şikayət edənlərin dərdi göstərilir, onda susardım, heç bu statusa da ehtiyac qalmazdı.
***
El tv və onun kimilərin etdiyi düşmən işidir. Bu vətən torpağını sevdirmək, tanıtmaq deyil. İnsanları qıcıqlandırmaq, süni disbalans yaratmaqdır. Biz belə şeylərə qarşı son dərəcə diqqətli olub, ölkəni idarə edən zəlil təfəkkürlü insanların fitnəsini alovlanmağa qoymamalıyıq. Bu gün Yevlaxda və başqa yerdə gördüklərimiz əslində Naxçıvan sevgisi deyil, bu sadəcə Marksın təbirincə desək, hakim sinifin təbliği, onlara yaltaqlanma, onları legitimləşdirmə cəhdidir. Mən yanılıramsa, onda El Tv-dən kimsə, yaxud bir başqası gəlsin və lap yuxarıda qoyduğum sualları cavablasın.

Devamını Oku...

Azərbaycan məmurunun arvadı Türkiyədə 20 milyon dollara 16 villa aldı

Yazar Unknown воскресенье, 24 января 2016 г. 0 коммент.
SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev Türkiyənin kurort bölgəsi Bodrumda ailəsi üçün əsaslı kapital qoyuluşu ilə məşğul olub - 20 milyon dollara 16 villa alıb.
Bu, hələ SOCAR-da bir idarə rəisinin müavinidir. İndi təsəvvür edin, SOCAR-ın prezidenti hansı hoqqalardan çıxıb.
Devamını Oku...
Aslan Ismayilov“Azadlıq” qəzeti və “Azərbaycan saatı”-nın baş redaktoru Qənimət Zahid hüquq mühafizə orqanları tərəfindən həbsimin hazırlandığı barədə Facebook səhifəsində yazı paylaşıb və ayrıca mənə xəbərdarlıq da çatdırıb. Qənimət bəylə narazılıqlarımızın olmasına baxmayaraq yazının səmimi olmasına inanıram. Əgər yazının özündə və şərhlərdə mənə toxunacaq məqamlar olmasa, sadəcə təşəkkürümü çatdırar və buna səhifəmdə münasibət bildirməzdim.
Əvvəla, Qənimət bəyə narahatçılığına görə təşəkkür edirəm. Bununla belə bildirirəm ki, yenə bilərəkdən, yaxud bilmədən insanlara “hakimiyyətə işləyir”, “filankəsin adamıdır” deyə böhtan atanları qaraguruh sayıram. Bu sıraya, həyatda heç nəyə nail olmamasına baxmayaraq, öz sahələrində peşakar olan insanları, daim ittiham edib ictimai həyatdan uzaq salanları da aid edirəm. Bu gün də əminəm ki, mədəniyyət, incəsənət xadimlərinə qarşı bu cür aqressiv münasibət olmasaydı, onlar bu günkü acınacaqlı durumda olmazdılar, heç olmasa bu gün səslərini qaldırardılar. Məhz bu cür ittihamlarla bir çox nüfuzlu insanlar zorən hakimiyyətə sığınmağa məcbur oldular. Məhz bu qaraguruh tərəfindən daim böhtana məruz qaldım, təhqir olundum və hakimiyyətin basqılarından daha çox belələrindən əziyyət çəkdim. Hətta çətin maddi durumda, həbsdə olanlara etdiyim maddi köməkliyə görə “bu pullar onda haradandır?” deyə ittiham olundum. Ölkədə və ölkədən kənarda vəkilliklə məşğul olsam da məhz bu qaraguruh daim məni bir tikə çörəyə möhtac, yaxud həbsdə görmək istədi. Məhz belələrinə daim göstərmək istədim ki, hamının yoxsul yox, varlı olmasını arzulamaq lazımdır. Bu gün də mənə qarşı ən ağır ittihamlar səsləndirmiş, təhqir etmiş bəzilərinə müəyyən səbəbdən cavab verə bilmirəm və arzu edirəm ki, o gün tezliklə olsun. Qaldı ki, Qənimət bəyin məni müdafiə edəcəyinə, buna inanıram, çünki yaxşı atalar sözü var “Kişi Kişiyə borclu qalmaz”. Bəlkə Qənimət bəyin də borc qaytarmaq şansı oldu. Həbs ediləcəyim təqdirdə isə, səmimi deyirəm, heç kim məndən inciməsin, Uca Allahdan və ailəmdən başqa heç kimdən umacağım yoxdur. Özüm müdafiə etdiyim, köməklik göstərdiyim heç kimdəm, heç vaxt, heç nə ummamışam.
Həbs edilmə ehtimalı ilə bağlı bildirirəm ki, bu təhlükə Azərbaycana gəldiyim, Sumqayıt prosesinə başladığım ilk günlərdən olub. Bəs necə olub ki, “Sumqayıt məhkəməsi”, “Monitor” jurnalı və adını çəkmədiyim bir çox proseslərə, daim tənqidi çıxışlarıma baxmayaraq həbs olunmamışam, öldürülməmişəm sualına cavabı isə tək Uca Allah verə bilər. Bir halı da qeyd etməyə bilmərəm. Tanınmaq, yaxud digər məqsədlər üçün həbs olunmaq istəməmişəm, əksinə bütün hallarda, mümkün olana qədər, bundan qorunmağa çalışmışam. Həbsdən isə əsla qorxmuram. Əksinə, zənnimcə, mənim üçün bu gün ən təhlükəsiz və rahat yer həbsxanadır.
Devamını Oku...

Qardaş ölkədə böyük demokrata verilən dəyər

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Babək filmindən gözəl bir səhnə

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Səadət Cahangir.Həyatımızın "ağır daşları"

Yazar Unknown 0 коммент.
Saadet CahangirMəşhur bir fransız professoru Amerikanın böyük şirkətlərinin rəhbərlərinə vaxtın idarə olunması mövzusunda təlim keçirdi. Yaşlı professor mövzunu bir təcrübə üzərində anlatmağa qərar vermişdi. O, masanın altından bir balon çıxardı. Onun içinə tennis topu boyda daşları səliqə ilə yığmağa başladı. Balon ağzına qədər dolanda zala “doldumu?” deyə soruşdu. Hamı bir ağızdan “bəli” deyəndə, professor “həqiqətənmi?” sualını verdi. Ardınca çınqıl daşlarını çıxarıb balondakı boş yerləri doldurmağa davam etdi, sonra “indi doldumu?” soruşdu yenidən. Bir nəfər “xeyr” səsləndi. Haqlıydı, alim sonra bir az qum götürüb balona boşaltdı və ən sonda onu su ilə doldurdu. Professorun anlatmaq istədiyi şey bu idi: “Əgər böyük daşları öncə qoymasanız, onları sonradan yerləşdirə bilməzsiniz. Sizin həyatınızın ”böyük daşları” nədirsə, onu öncə, düzgün yerləşdirməlisiniz. Əks halda, vaxtınız çınqıl və qum kimi kiçik şeylərə vaxt öldürməyə gedəcək…”
Buranın daşı daş üstə qalmayıb axı. Həyatının yarıdan çoxunu bu duman içində itirmiş insana vaxt itkisi haqda daha nə öyrədəcəksən? Insanların xoşbəxtlik axtarışına, xəyal gücünə, yaşamaq eşqinə, sevmək arzusuna əngəl olan bir mühitdə vaxtın ölməsi kimi ağrıdacaq, kimi narahat edəcək ki? Amma bir ölkədə insan həyatı nə qədər belə nizamsız davam edə bilər? Neçə nəsil ağrısını çəkməlidir bu qarışıqlığın? Nəhayət, anlayaq ki, bu ölkədə “həyat balonları”nı düzgün doldurmağın zamanı çatıb. Böyük daşları çoxdan öz yerinə qoymaq lazım…
Devamını Oku...

PAPAQ (AZERBAYCAN FiLMi)

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Zamin Hacı.Piti təcrübəsi

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
Zamin Vəzir HacıQənaət rejiminə keçid münasibətiylə ləğv edilən dövlət qurumları arasında Statistika Komitəsinin Baş Hesablama Mərkəzi də vardır. Prinsipcə, daha hesablamağa bir qara qəpik qalmayıbsa, idarə özünü buraxmalı idi. 1 milyon yeni iş yeri, regionlarda açılan 500 min təzə obyekt, kənd təsərrüfatının dünyanı yedizdirəcək qədər taxıl buraxması və sairə yalanlar içinə hava doldurulan və qəfil tikana rast gələn şar kimi partlamışdır.

Ancaq həmin hesablama mərkəzinin bağlanma xəbərində bir cümlə mənim yadımdan heç çıxmır: “Kreditorlar 2 ay ərzində öz tələblərini Dövlət Statistika Komitəsinə çatdıra bilərlər”. Lap əla, çox gözəl. Bəs biz - sadə vətəndaşlar öz tələblərimizi, iradlarımızı kimə çatdıraq? On illərdir xalqı aldatdığınıza, ona yalan sırıdığınıza görə cavab vermək fikriniz varmı? Heç olmazsa üzr istəyə, “günahımızdan keçin” deyə bilərsinizmi?

Əlbəttə, heç kim deməyəcək. Çünki bu “kreditorlar” ayrı xanədəndir. “Oba yiyəsiz qalanda donuz təpəyə çıxar” - çox sevdiyim ata sözlərimizdən birində belə deyilir. Onlar yenə yalan danışacaq, bir qrup adam milyonlardan ibarət xalqı barmağına dolayacaq. Çünki xalq, etiraf edək, savadsızdır, öz azadlığının məsuliyyətini daşımağa hazır deyil. Azadlıqdan qorxur.
Davosdan göndərilən “Neftin qiymətinin qalxmasına ümid edirik” mesajı da siyasətdə heç bir dəyişiklik olmayacağını göstərir. Repressiya maşını isə heç dayanmayıb: qanunsuz həbsdə saxlanan jurnalist Xədicə İsmayılın vəkilinə maneələr yaradılır. Vəkil cinayət işindən Avropa Məhkəməsinə şikayət sənədlərini Xədicə İsmayıla göstərmək istəyib, “Ədliyyə” Nazirliyi Penisentiar İdarəsi isə tələb edib ki, sənədlər bizim dilə çevrilsin. Yəni, türmə rəhbərliyində əyləşən hansısa savadsıza görə sənədlər iki dəfə tərcümə edilməlidir. Ancaq istəsəniz burda müsbət dəyişiklik də tapa bilərik. Bundan qabaqkı türmə rəisi Mədət müəllimin vaxtında həmin kağızları zorla vəkilə yedizdirərdilər.

Təhsilimizin təzə qoruqçusu Mikayıl Cabbarov da boş dayanmır. (Yeri gəlmişkən, Mikayıl müəllimə bir keçmiş və indiki həmkarının iradını çatdırmaq istərdim. Məktəb qarovulçuları çox az maaş alırlar. Mikayıl müəllim İçərişəhərdə təxminən eyni vəzifədə işləyib, ümid edirəm bu yoldaşların maaşını artırmaq haqda düşünər). Təzə təhsil nazirimiz Londonda Dünya Təhsil Forumunda iştirak eləmişdir, orda AzərTAc-ın müxbirinə demişdir: “Azərbaycanın təhsil təcrübəsi tədbir iştirakçılarında maraq doğurmuşdur”.

Əlbəttə. Buna kimin şübhəsi olar? 200-300 manata baş-beynini xarab edib əziyyətlə dərs keçən müəllimlər, uşağın dərsdə sualına cavab verməyib “dədənə denən, səni kursuma yazdırsın, orda cavab verirəm” söyləyən repetitorlar, şagirdi döyən pedaqoqlar, manıs yetişdirən filologiya fakültələri, prokurorluq oxuyan manıslar, intihar edən tələbələr, universitet yolunda bir kitab dükanı olmayan, ancaq dönərçilər olan təhsil sistemi bütün dünya üçün maraq doğurmalıdır. O cümlədən, sinəsində və tumanının başında seçki bülleteni daşıyıb yapizmin yaşamasına səs verən, hər cür yaltaqlıq tədbirlərində sıra nəfəri olmağa həvəslə yüyürən marionet “əfruz və diləfruzlar” bizim təhsil sisteminin dünyada maraq doğuracaq personajlarıdır.

Sonda bir aktual xəbəri də hörmətli oxucularımıza çatdırım. Jurnalistlər ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb devalvasiyadan sonra rayonlarımızda olmuş etiraz aksiyalarına münasibət öyrəniblər. Səfir Robert Sekuta demişdir ki, bu aksiyalara görə çox narahat olmuşdur: “Açığı, gələn həftə Şəkiyə paxlava və piti yeməyə gedəcəyəm, aksiyalardan sonra qorxdum rayonlarda qarışıqlıq olsun, restoranlar bağlansın. Bu baxımdan, bizim Azərbaycanda enerji, təhlükəsizlik, demokratiya və piti sahəsində dəstəyimiz həmişə olacaqdır”.
Devamını Oku...
Devamını Oku...
Natiq AdilovMəlumata görə bu forumda 9 prezident, təxminən o qədər də hökumət başçısı iştirak edib. Bu forum iqtisadi forumdur.
Azərbaycanı orda normalda böyük şirkətlər, holdinqlər, milyonerlər təmsil eləməliydi. Onlar isə yoxdur. Təsəvvür edirsizmi? 
15 ildir ölkə 180 milyarda qədər qazanıb, amma ortada bircə nəfər də rəsmi milyoner yoxdur!
Hə var hamısı bu adamındır, buna görə onun Davosa onun özünün getməsi məntiqli görünə bilər! Fəqət, Davos "bankrot olmuşların" kaybedenlər klubu deyil. İlham Əlieyev axı orda hansı uğurlu təcrübəsini bölüşə bilər? Milyardları necə mənasızcasına tozlamağımı?
İlham Əliyev orda ən yaxşı halda kimisə bədbəxt edib borc qopara bilərdi. Amma forumdakılar nə onun, nə də bizim düşündüyümüz qədər axmaq və pulunuzun qədrini bilməzlərdən təşkil olmayıb. Heç kim iqtisadiyyatın anasını ağlar qoyan adama indiki dövrdə borc vermir. Elə özünüzdən götürün siz verərsiz?
Devamını Oku...
Devamını Oku...

Əli Kərimli."Mən siyasətə qarışmıram"

Yazar Unknown 0 коммент.
Ali Karimli (Əli Kərimli)Əziz həmvətənlər, xalq olaraq hazırda yaşadığımız devalvasiyanın, qiymət artımının, işsizliyin, sosial səfalətin əsas səbəbinin korrupsiya, inhisar, büdcə oğurluğu, israfçlıq, bacarıqsız idarəetmə olduğunu bilirsinizmi? Hakimiyyətdə təmsil olunanların mütləq əksəriyyətinin məhdud təfəkkürlü, dayaz düşüncəli, savadsız korrupsionerlər olduğunun fərqindəsinizmi? 
Ölkədə normal seçkilər keçirilsəydi, azad mətbuat olsaydı, müxalifət normal fəaliyyət göstərə bilsəydi, müstəqil həmkarlar ittifaqları fəaliyyət göstərsəydi, sərbəst toplaşmaq və digər azadlıqlar təmin edilmiş olsaydı, bu qədər səviyyəsiz oliqarx indiki məqamında ola, oğru və rüşvətxorlar xalqa meydan oxuya bilərdimi? Əlbəttə ki, yox.
Ona görə də, “siyasətdən mənə nə?”, “mən siyasətə qarışmıram” düşüncəsindən birdəfəlik imtina etməliyik. Təkcə devalvasiya və bahalaşma ilə deyil, onun səbəbləri ilə də mübarizə aparmalıyıq. Ölkədə hüququn aliliyi, demokratik seçkilər uğrunda da hamılıqla mübarizə aparmalıyıq. Hətta Qazaxıstanda da parlament buraxıldı və yeni seçkilərə gedilir. Niyə bizim ölkədə də saxta yolla seçilmiş, əslində isə təyin edilmiş parlament buraxılmasın? Niyə bu tələb hamımızın tələbi olmasın? Əvvəl-axır bu ölkədə ciddi islahatlar başlamalı deyilmi? Niyə indi başlamayaq bu islahatlara? Xalq bundandamı ağır günə qalmalıdır?

Devamını Oku...

Şahvələd Çobanoğlu.Ölümü öyrənmək

Yazar Unknown 0 коммент.
Shahveled ChobanogluYeniyetmə idim, başqa bir respublikanın paytaxtında fizika fənnindən olimpiada bitdi, nəzəri tur ən yüksək 25 bal, təcrübə turu 0 (sıfır) bal. Kimsə öydü məni, kimsə güldü mənə. Uğurla uğursuzluğun arasında şoka girmişdim. Bu vəziyyət elə də mənim tale tərzim oldu. Hamını tərk edib şəhərə çıxdım, kitab mağazasına girdim. Dörd şey aldım. 
1) Balaca şəffaf paketdə qum - Çe Gevaranın öldüyü yerin qumundan idi. Üstündə kağız şəkil də vardı. 
2) 32 rubla elektron kalkulyator.
3) Qalua nəzəriyyəsi barədə rusca kitab – Riyaziyyatçı Everist Qalua da inqilab dalğasında çox gənc ikən ölmüşdü.
4) Mişel de Montenin məşhur "Təcrübələr"i.
Məni daha çox “Təcrübələr” maraqlandırdı. Çünki təcrübələrdən 0 bal toplamışdım)))
Bir neçə vərəqi aşırdım, növbəti başlıq təxminən belədir: “Fəlsəfəni öyrənmək ölməyi öyrənməkdir”.
Məni qəribə və qaramat bir hiss bürüdü. Çe Gevaranın öldüyü yerdən qum. Riyaziyyatda ölümü elmi problemə çevrilmiş Qalua və Montenin ölüm haqda essesi.
Mən yaşamaq eşqi ilə dolu birisi idim və eləyəm. Amma həmin gün bir şey öyrəndim: "Hamımız bir gün öləcəyik. Ona görə də sanki bu dünyanı əbədi tutacağıq tamahı, ehtirası, eşqi, nəhayət nadanlığı ilə yaşamaq gözümdə bir heç oldu".
Fizika olimpiadasından qazandığım bu oldu!
Fizika müəllimim isə möhtəşəm bir insan idi! Ruhu şad olsun!

Devamını Oku...
Shahveled ChobanogluMəzəniz olsun, dostlar. O gün itoynadanlarla girdik banka. Oyun çıxardtılar.
Biri sordu:
-Dollar satlrsız?
- Yox.
- Niyə? 
-Yoxdur, ona görə.
O biri dilləndi:
- Alırsız?
-Bəli.
-Buyurun, 50 dollar, məndən alın, o oğlana satın.
Şoka düşdülər. Razı olmadılar.
- A kişi, məndən alırsan, satırsan ona.
Satmaq istəmirdilər. Dirəndilər və alış-veriş baş tutdu.
Bir nəfər kənardan sordu ki, arada neçə manat itirdiz, niyə bunu belə edirsiz.
Cavab əla idi:
- Əvəzində bank sektorunu hərəkətə gətirdik.

Devamını Oku...

Böyük dayaq film, (1962 Yüksek keyfiyyet)

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Allah rehmet elesin. Süz bir icək.

Yazar Unknown 0 коммент.
Devamını Oku...
Devamını Oku...

Böhrana düçar olan iki ölkənin islahatı.

Yazar Unknown 0 коммент.
Devamını Oku...
Devamını Oku...

İnadkarlıq müvəffəqiyyətin açarıdır.

Yazar Unknown 0 коммент.
Heç vaxt geri addım atmaq lazım deyil. Əgər bir şeyin doğru olduğuna və sizə uğur gətirəcəyinə inanırsızsa cəhdləri davam etdirmək lazımdır. Mütləq alınacaq!
Devamını Oku...
"İlham Əliyev Davosdakı çıxışında növbəti dəfə vurğulayıb ki, neftin qiymətinin düşməsinə hazır olmayıb: “Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu”.
Bu açıqlamada xalqımız üçün olduqca əhəmiyyətli 3 etiraf var:
1. Azərbaycanı idarə edənlər nəinki xalqımızı eşitmir, müxalifət liderlərinin, ictimai-siyasi fəalların yazdıqlarını oxumur, heç dünyanın nüfuzlu mətbuat orqanlarının, araşdırma mərkəzlərinin yazdıqlarını da oxumurlar. Ona görə də neftin qiymətinin düşməsi bunlar üçün gözlənilməz olub.
2. Ölkəmizdə seçki institutunun tam məhv edildiyi etiraf olunur. Adamlar hələ 20 il də hakimiyyətdə qalacaqlarını düşünürmüşlər.
3. Neft ucuzlaşmasaydı və ya tükənməsəydi, bundan sonra da 20 il ərzində ölkəni əvvəlki qaydalarla idarə etmək istəyirlərmiş. Yəni neft qurtarana qədər qeyri-neft sektorunun inkişafı, yerli istehsalı genişləndirmək, korrupsiya və inhisarçılıqla mübarizə aparmaq, iqtisadi və siyasi azadlıqları təmin etmək kimi vəzifələr prioritet olmayacaqmış. Tam əksinə, inhisar, korrupsiya, israfçılıq, büdcə oğurluğu dövlət siyasəti olaraq davam edəcəkmiş.
Bəlkə, neftin xalqımıza yazığı gəlib, hələ tam tükənməmiş qiymətini salıb ki, biz xalq olaraq gələcəyimizi düşünək, bacarıqsız, israfçı siyasətlə sərvətlərimizin sona qədər talan edilməsinə dözməyək, bu yanlış, anti-xalq idarəetməsini durduraq, ölkəmizdə ciddi islahatlar üçün hamılıqla səfərbər olaq?" - Əli Kərimli

Devamını Oku...

Elnur Astanbəyli.Mirşahin Azərbaycana qarşı

Yazar Unknown 0 коммент.
Elnur AstanbəyliDeyir ki, "məmurlar ANS-ə qurşaqdan aşağı zərbə endirdilər". Əlbəttə, ağ yalandır, iftiradır. Azərbaycanda söz azadlığı tamamilə təmin olunub. Bizdə mətbuat azaddır. Hansısa verilişin bağlanmasına başqa don geyindirmək yolverilməzdir. Biz hüquqi-demokratik ölkədə yaşayırıq. Bir veriliş bağlanıbsa, deməli, qanuni əsası olub. Ümumiyyətlə, ölkəmizin hər tərəfdən düşmənlərlə əhatə olunduğu vaxtda nə verilişbazlıqdır, axı bizim Qarabağ kimi dərdimiz var. Hamısı masonların işidir, Amerikanın oyunlarıdır. 
Nuşirəvan müəllimə gəlincə, tam səmimiyyətimlə deyirəm, onun qəlbi vətən eşqi ilə döyünür, bütün varlığı ilə dövlətçiliyə bağlıdır. Heç bir verilişin bağlanmasını siyasiləşdirmək olmaz. Senzura dünyanın hər yerində var.
Devamını Oku...
Aslan IsmayilovAzərbaycanda günü-gündən dərinləşən iqtisadi, siyasi krizisin mövcüdluğu artıq heç kim üçün sirr deyil. Hadisələrin gedişatı göstərir ki, bizi daha ağır günlər gözləyir. Yaranmış durumdan çıxmaq üçün isə sıravi vətəndaşları, sahibkarları cərimələrlə, yoxlamalarla boğmaq əvəzinə büdcəmizi dədə malı kimi talayan məmur oliqarxların pullarının izinə düşüb onları ifşa etmək lazımdır. Təəssüf edirəm ki, bu günə qədər 100-200 manata görə müəllim, həkim həbsinə başı qarışmış Baş Prokuror Zakir Qaralovun vəzifə borcunu biz icra etməyə məcburuq.
Keçən il Azərbaycan mətbuatında ‪#‎AZAL‬ prezidenti, nəinki azərbaycan dilini bilməyən, hətta bu dildə danışanları aşağılayan Cahangir Əsgərovun korrupsiya faktları, ailə biznesi barədə qalaq-qalaq yazılar dərc edildi. 17 oktyabr tarixdə səhifələrimdə AZAL-ın dövlət büdcəsinə vurduğu ziyan və C.Əsgərovun ailəsinə məxsus Gazelli Şirkətinin Batumidə inşa etdiyi 33.5 milyon ABŞ dolları dəyərində mehmanxana barədə videorolik paylaşıldı (şərhdə). Bu günə həmin videoya 250 mindən çox baxış olub.
Bu günlərdə Cahangir Əsgərovun oğurluq pullara inşa etdirdiyi daha bir möhtəşəm mehmanxana diqqətimi çəkdi. Belə ki, Batumidə inşa edilən Gazelli mehmanxanası, Heydər Əliyev adına Hava Limanının Yeni Terminalı (125 milyon ABŞ dolları), Helikopter Parkı (17 milyon 800 min), Təyyarə Parkı (26 milyon) və Karqo Terminalının (15 milyon) tikintisini həyata keçirən MNG Tikinti Şirkəti Azərbaycanda daha bir mehmanxana proyektini reallaşdırmışdır - NAFTALANda yerləşən, “Qarabağ” sanatoriyasının yerində inşa edilən GARABAG SPA&RESORT.
Bu tikinti proyektlərinin hamısının MNG şirkəti tərəfindən həyata keçirilməsi heç də təsadüfi deyil. Həmin mehmanxanın bir səhifəlik reklamı AZAL təyyarələrində hər bir sərnişinə təklif edilən “Azerbaijan Airlines” jurnalının son səhifəsini bəzəyir. Bundan əlavə bu yay iyul ayında 20-dən artıq jurnalistin daxil olduğu heyət 3 gün müddətində 13 hektardan çox ərazini əhatə edən GARABAG SPA&RESORT mehmanxanasının şəraiti, iş sistemi, müalicə üsulları, heyəti və digər xüsusiyyətləri ilə tanış olublar. Jurnalistlərin səfərini isə gözlənildiyi kimi “Silk Way Travel” həyata keçirib. Bu barədə xəbər saytlarında geniş reportajlar dərc edilib.
Yuxarıdakı faktları əsas tutaraq Naftalanda 34.5 milyon ABŞ dollarına inşa edilən mehmanxanın Cahangir Əsgərovla birbaşa bağlı olduğunda haqlı şübhələr yaranır.
Nə qədər ki, Baş Prokuror Zakir Qaralov 100-200 manat rüşvətə görə müəllim, həkim, tənqidi fikir söylədiyinə görə müxalifətçi həbs etdirəcək, on milyonlarla sərvət toplayanların cinayətkar əməllərinə göz yumacaq manat üzə-üzə boğulacaq.
Devamını Oku...
Shahveled ChobanogluBu gün iki kişinin söhbətini eşitdim. Geoploitika-dan başladı, amma politika ilə yekunlaşdı. Ölkəmiz dəyişir...
Birincisi düşmüşdü Avropanın üstünə:
- Özgə vaxt ədalətdən, demokratiyadan danışırlar, amma o miqrantlara bir üz göstərirlər, bir zülm verirlər.
O biri kişi də dilini dinc qoymadı:
- Bə bu miqrantlar niyə Azərbaycan gəlməyib ora gedirlər? Gül kimi ölkəyik, çörək də ucuzlaşdı!
Dalınca da dişlərini ağardıb gülməyə başladı: Hi-hi-hi...
Geoplotik tərs-tərs politikə baxıb susdu.
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...

Konfutsiy

Yazar Unknown 0 коммент.
Живи так, как хочешь ты, а не как ожидают от тебя другие. Не важно оправдаешь ты их ожидания или нет, умирать ты будешь без них. И свои победы одержишь сам! © Конфуций

Devamını Oku...

Azərbaycanda polisin vəzifəsi budur!

Yazar Unknown пятница, 22 января 2016 г. 0 коммент.
Devamını Oku...

Azərbaycan höküməti və Azərbaycan xalqı

Yazar Unknown 0 коммент.
Eşitmək istəmir, deməli başa salmaq lazımdı
Devamını Oku...
Devamını Oku...

Alma almaya bənzər film, (1975 yüksek keyfiyyet)

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Zamin Hacı.Nuşirəvan Mirşahini bağladı

Yazar Unknown 0 коммент.
Zamin Vəzir Hacı"Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
İclasda “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb.
“ANS” televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb."
Devamını Oku...
Elnur AstanbəyliMikayıl Cabbarov Londonda Azərbaycanın təhsil təcrübəsinin beynəlxalq maraq doğurması barədə “qızıl xırdalayarkən”, burada bir ali məktəbdə, daha dəqiq desək, Gəncə Dövlət Universitetində tələbələr ayağa qalxdılar, onlardan imtahan dövründə alınan rüşvətin artırılmasına etiraz etdilər.
Çox haqlı etirazdır, ikiəlli dəstəkləyirəm. Bəyəm rüşvət də xaricdən idxal olunur ki, o da yağın, çayın, qəndin qiyməti kimi, qalxsın?! Rüşvət ki ölkəmizdə boldur, hətta biz dünyaya rüşvət ixrac edən ölkəyə çevrilmişik, bir də baxırsan, hansısa ölkədə bizdən aldığı rüşvətə görə özlərinin deputatlarını, vəzifəli adamlarını yıxıb-sürüyürlər, ya da hansısa beynəlxalq idman yarışında rüşvətlə medal almağımız barədə yazıb-pozurlar. Yaxşı, bütün bunlardan sonra niyə Azərbaycanda rüşvət də qalxmalıdır? Bu cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir.
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...

Zamin Hacı.Yumurta kimi yazı

Yazar Unknown 0 коммент.
Zamin Vəzir Hacı“Urus, bu toyuq bu yumurtanı doğub...” 

(“Dəli Kür” filmindən)

****

Bizdə hər dəfə bahalaşma olanda bunun təpiyi toyuq saxlayanlara dəyir. Hökumət zorla onları tutub yolur, yumurtalarını ucuzlaşdırır. Örnək üçün, bu dəqiqə bazarda hər şey az qala iki qat bahalaşıb, yumurtanı isə prokurorluq, polis, təzə yaranan Dövlət Təhlükəsizlik Xidməti əlbir şəkildə köhnə qiymətə qaytarmaq cəhdi göstərirlər. Yumurtanı iki-üç qəpik baha satmaq istəyən bir neçə şəxsi isə tutub dama salıblar. Deyirlər bunlar dəhşətli, ağır cinayət törətmişdir. Guya insanın öz toyuğunun yumurtasına qiymət qoymaq ixtiyarı yox imiş. Halbuki, normal bazar iqtisadiyyatında yumurtanın qiymətini prokuror müəyyən edə bilməz, bunu bazar özü müəyyən etməlidir. Kim ucuz satarsa, müştəri ona tərəf gedər. Rəqabət mühiti – bazar iqtisadiyyatının təməlidir. İndiki halda isə sanki yumurta Tarif Şurasının qiymət qoyduğu strateji məhsula dönmüşdür. 

Halbuki, yenə yazıram, başqa məhsulların qiyməti yumurtadan çox qalxıb. Devalvasiyadan qabaq 90 qəpiyə olan 5 litrlik “Bonaqua” suyunu hazırda “Koka Kola” şirkəti 1 manat 60 qəpiyə satır. Buna niyə dinən yoxdur? Bəlkə bu su da xaricdən dollarla alınır? Qətiyyən. Yerli məhsuldur. Qoy indi prokurorluq həmin şirkətin də üstünə qışqırsın, onun da işçilərinin cibinə su atıb tutsun – necə ki, bir neçə yetimin cibinə lax yumurta atıb şərləyiblər. 

Yaxud, çay, qənd, duz, yağ kimi məhsulların inhisarçısı olan “Azərsun” qaldırdığı qiymətləri endirmədi. İgid deputat Zahid müəllimin qışqır-bağırı elə özünə qaldı. 

Belə şeyləri görəndən sonra adam istər-istəməz düşünür ki, bu yumurtada bizim bilmədiyimiz nəsə hikmət vardır. Hətta mənim ağlıma belə zad gəlib: əvvəldə nə toyuq, nə yumurta olub, əvvəldə Nazirlər Kabinetində müşavirə olmuşdur. Hər şey bundan sonra yaranmışdır! 

Atalar sözlərimizə diqqət eləsək bu yumurta başlanğıcının qalıqlarını, dildəki rudimentlərini görə bilərik. Misal üçün, xəsis adama “yumurtadan yun qırxan” deyirlər. Böyük ehtimalla qədim zamanlarda bizdə tüklü yumurtalar olmuşdur. 

Yaxud, görürsən adama çoxlu pul verirsən, deyirsən apar bunu qoy ofşor zonasında babat şirkətə, ancaq pulu batırır, zırıldaya-zırıldaya üstünə gəlir. Bu zaman sən deyirsən: “Yumurtlamadın, yumurtlamadın, bəs falı neylədin?”. Yeri gəlmişkən, fikir versəniz bizim Mərkəzi Bankın sədrinin başı eynilə yumurtaya bənzəyir – hamardır. Bu da yumurtanın strateji məhsul olmasını bir daha sübut edir. Təəssüf ki, baş bankirimiz istəsə belə bu yumurtadan yun qırxa bilməz, manatın başının altına yastıq qayırıb qoya bilməz. O üzdən yazıq manat yata bilməyəcək.

Başqa etnoqrafik əlamətlər də vardır. “Yumurtası tərs gələn toyuq televiziyada vurnuxar”, “Yaxşı rəqs edən hökumətə yumurtaları mane olmaz”, “O yanı qaya, bu yanı qaya, içində sarı maya”, “Yumurtanın sarısından pay uman cəhənnəmə düşər” və sairə. Hələ siz sonuncu ata sözünə diqqət edin, görün ulu babalarımız yumurta sarısına nə qədər böyük önəm vermişdir! Görün indiki hökumətimiz necə də mentalitetə uyğun, milli-mənəvi dəyərlərimizə sədaqətlə fəaliyyət göstərməkdədir!

Yaxşı olar bu cür hörmət dövlət mükafatlarında öz yerini tapsın. Biz “Yumurta”, “Birinci dərəcəli Yumurta sarısı”, “Toyuqçuluğun inkişafında xidmətlərə görə ikinci dərəcə Qayğanaq” orden və medalları təsis etməliyik. O cümlədən, hər devalvasiyadan sonra bunu televizorda xalqa daha yaxşı sırıyan məmura “əməkdar yumurta xadimi”, “xalq yumurtası” adları verilməlidir. 

Hesab edirəm ki, elə bu yazı da yumurta kimi yazı idi və redaktor bunun qonorarını bir səbət kənd toyuğu yumurtası ilə ödəməlidir. 
Devamını Oku...

Siyasi məhbus İlqar Məmmədov Azərbaycan Ordusundan danışır

Yazar Unknown четверг, 21 января 2016 г. 0 коммент.
Devamını Oku...
Devamını Oku...
Bu gün Almaniyada yaşayan azərbaycanlılar Berlində Rusiya səfirliyinin qarşısında 20 yanvarın qatillərinin cəzalandırılması tələbi ilə aksiya keçiriblər. Azərbaycan hakimiyyətinin isə bu məsələdə rəsmi Moskvadan heç bir tələbi yoxdur. Siz necə düşünürsüz, 20 yanvarı hər il sadəcə yas kimi qeyd etməliyik, yoxsa bu cür 20 yanvara dünya siyasətində hüquqi qiymət verilməsinə və cinayətkarların cəzalanmasına çalışmalıyıq? Bəs deyilmi ancaq yaslar keçirib, ancaq özümüz deyib, özümüz eşidirik?! Almaniyadakı soydaşlarımızı alqışlayırıq.
Devamını Oku...
Devamını Oku...

ТП - Ты мне в зад въехал!

Yazar Unknown 0 коммент.
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...
Qanı bu Millətin qanından olan kəsi xalqımızın düşdüyü ağır sosial durum narahat etməlidir. Bu gün bir dostum kəndlərində baş vermış hadisəni danışdı. Kimsə kəndçilərindən gecə kənddəki dükana girib, ehtiyacı olduğu qədər ərzaq götürüb. Stolun üstündə qeyd yazib : " qardaş,xahiş edirəm , bu hadisə barədə səs küy salma, ayın axırında pulunu qaytaracam". Görürsünüz bu talançılar Millətimizi nə günə qoyublar? Borcun, kreditin əlindən intiharların sayı hesabı yoxdur. Namuslu, vicdanlı insanlarımızı isə zəlil , insanı aşağılayan hərəkətlərə vadar edirlər. Mən inanmıram ki,millətimizin genetik kodu ölüb ! Mən inanmıram ki,yuxarıda yazdığım hadisə milyonların qüruruna, qeyrətinə, hissiyyatına toxunmur! Məmurunun da, Polisinin də , Milyonerinin də qəlbini xalqımızın durumu ağrıdır. Niyə öz haqqını tələb edən, "acam" deyib hayqıran etirazçılara qarşı polis zorakılığı tətbiq olunur, sualını verənlərın sayı cəmiyyətdə çoxalır. Heç kimi, Allahu Təala doğuşdan insafsız, zalım, ədalətsiz yaratmayıb. Bəlkə insafa gələsiniz !! Öncəkilərin başına gələnlərdən nəticə çıxarasınız! Oğurladığınız milyardlar acından ağlayan uşağın axan bir damla göz yaşına dəyməz, Allahdan Qorxun !! İnsafa gəlin !! Səltənət sahibi, mal mülkünün sayı olmayan, heyvanların, quşların dilini bilən, külək belə ixtiyarında olan Suleyman Peyğəmbər deyir ki, balaca bir qarışqa mənə ağıl öyrətdi. Qarışqa ona deyib ki, "Dünya sənə də qalmaz, Suleyman "!!!
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...

Azərbaycan polisi rüşvət almır !

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Qizlarin super reqsi yep yeni 2015/ Девушки танцуют Лезгинку

Yazar Unknown среда, 20 января 2016 г. 0 коммент.
Devamını Oku...
Devamını Oku...

İsveçin gənc nazirləri

Yazar Unknown 0 коммент.
İsveçin Səhiyyə Naziri Gabriel Vikström, 31 yaşı var. 
Və xanım İsveçin Təhsil Naziri Aida Hadzialiçdir. 28 yaşı var.
-Qeyd edək ki, İsveç dünyada uzunömürlülük ortalaması və təhsil səviyyəsinə görə ilk 5-likdədir.

Devamını Oku...
"Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi). Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla dolu şüşə qabları tapdılar. Asfalta çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə “atəşə hazır ol!”, sonra da bizi güllələmək əmrini verdi. Sovet Ordusunda ciddi hərbi hissədə xidmət etdiyimdən o zaman orduda olan silahların demək olar hamısından 100-lərlə dəfə atəş açmışdım. Güllə səsi mənə qeyri-adi deyildi. Amma ogünkü güllələr təlimdə atılan güllə deyildi, bizə atılırdı.
Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki, yəqin yaralanmışam, yara isti olduğundan hələ ağrını hiss etmirəm. "
P.S. 20 yanvar hadisələrindən təqribən 20-25 gün keçmişdi. Universitetdə idim. Hüquq fakultəsində kurs yoldaşım və dostum Rahim Hacıyev mənə yaxınlaşdı, qoltuğunda çoxlu qəzet var idi. Sovet Ordusunun mətbuat orqanı olan Krasnaya Zvezda qəzetini mənə göstərdi . Qəzetdə Sovet Ordusunun Bakıda qayda- qanun yaratmağından, MMŞ-nin silahlı dəstələrindən bəhs olunurdu. Foto yerində mənim həmin gecə çətinliklə dəmir qapının o tərəfinə ata bildiyim MMŞ vəsiqəmin iri planda şəklini vermişdilər. Rahim məqalədən xəbər tutan kimi qəzetin Bakıya gələn bütün nüsxələrini kiosklardan almışdı ki, yazı və çap olunmuş şəkil komendaturanın əlinə düşməsin."
Devamını Oku...
Devamını Oku...

Bir qalanın sirri (film Azərbaycan dilində 1959)

Yazar Unknown 0 коммент.
Devamını Oku...

Şahvələd Çobanoğlu.ABŞ-da maraqlı elmi uğur

Yazar Unknown 0 коммент.
Shahveled ChobanogluABŞ təkcə iqtisadiyyatı, vətəndaş cəmiyyəti, ordusu və s. ilə güclü deyil. Onun çox sayda sadə ədədləri də var. Gülməyin, çox böyük sadə ədədlər var-dövlət sayılır. Yəni, 1-ə və özünə bölünən sadə ədədləri deyirəm. Şifrələnmə və elmi baxımdan bu ədədlər çox faydalıdır və hətta bir çox sadə ədədlər ABŞ-da dövlət sirri kimi qorunur. Böyük sadə ədədləri tapan alimlər böyük məbləğdə pul mükafatı ala bilirlər. 
Sadə ədədlər riyaziyyatı sizə sadə görünməsin. Riyaziyyatın 6 həll olunmayan problemindən biri də (Riman hipotezi) bu bölməyə aiddir.
Yeri gəlmişkən bu ədədlərin tapılması üzrə layihə kömpüter prosessorlarında səhvləri tapır, onları gəlişdirir.
Sözümün canı nədir, indi Missuri Universitetindən olan alim bəlli olan ən böyük sadə ədədi tapıb: (2 üstündə 74207281) – 1. New Scientist yazıb ki, bu ədədin 22338618 rəqəmi var.
Heç ABŞ-a getmək arzum olmayıb, amma gedib həmin ədədi müəyyən edən alqoritmi görmək istərdim. Əgər göstərsələr.

Devamını Oku...
Allah şəhidlərimizə rəhmət eləsin. Ruhlarının dinclik tapacağı məmləkəti bir an tez qura bilmək üçün bizlərə güc-qüvvət, təpər versin.

Devamını Oku...