reklam

Manşet

Əli Kərimli."Mən siyasətə qarışmıram"

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
Ali Karimli (Əli Kərimli)Əziz həmvətənlər, xalq olaraq hazırda yaşadığımız devalvasiyanın, qiymət artımının, işsizliyin, sosial səfalətin əsas səbəbinin korrupsiya, inhisar, büdcə oğurluğu, israfçlıq, bacarıqsız idarəetmə olduğunu bilirsinizmi? Hakimiyyətdə təmsil olunanların mütləq əksəriyyətinin məhdud təfəkkürlü, dayaz düşüncəli, savadsız korrupsionerlər olduğunun fərqindəsinizmi? 
Ölkədə normal seçkilər keçirilsəydi, azad mətbuat olsaydı, müxalifət normal fəaliyyət göstərə bilsəydi, müstəqil həmkarlar ittifaqları fəaliyyət göstərsəydi, sərbəst toplaşmaq və digər azadlıqlar təmin edilmiş olsaydı, bu qədər səviyyəsiz oliqarx indiki məqamında ola, oğru və rüşvətxorlar xalqa meydan oxuya bilərdimi? Əlbəttə ki, yox.
Ona görə də, “siyasətdən mənə nə?”, “mən siyasətə qarışmıram” düşüncəsindən birdəfəlik imtina etməliyik. Təkcə devalvasiya və bahalaşma ilə deyil, onun səbəbləri ilə də mübarizə aparmalıyıq. Ölkədə hüququn aliliyi, demokratik seçkilər uğrunda da hamılıqla mübarizə aparmalıyıq. Hətta Qazaxıstanda da parlament buraxıldı və yeni seçkilərə gedilir. Niyə bizim ölkədə də saxta yolla seçilmiş, əslində isə təyin edilmiş parlament buraxılmasın? Niyə bu tələb hamımızın tələbi olmasın? Əvvəl-axır bu ölkədə ciddi islahatlar başlamalı deyilmi? Niyə indi başlamayaq bu islahatlara? Xalq bundandamı ağır günə qalmalıdır?

Комментариев нет: