reklam

Manşet

Aslan İsmayılov.Azərbaycanı daha ağır günlər gözləyir.

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
Aslan IsmayilovAzərbaycanda günü-gündən dərinləşən iqtisadi, siyasi krizisin mövcüdluğu artıq heç kim üçün sirr deyil. Hadisələrin gedişatı göstərir ki, bizi daha ağır günlər gözləyir. Yaranmış durumdan çıxmaq üçün isə sıravi vətəndaşları, sahibkarları cərimələrlə, yoxlamalarla boğmaq əvəzinə büdcəmizi dədə malı kimi talayan məmur oliqarxların pullarının izinə düşüb onları ifşa etmək lazımdır. Təəssüf edirəm ki, bu günə qədər 100-200 manata görə müəllim, həkim həbsinə başı qarışmış Baş Prokuror Zakir Qaralovun vəzifə borcunu biz icra etməyə məcburuq.
Keçən il Azərbaycan mətbuatında ‪#‎AZAL‬ prezidenti, nəinki azərbaycan dilini bilməyən, hətta bu dildə danışanları aşağılayan Cahangir Əsgərovun korrupsiya faktları, ailə biznesi barədə qalaq-qalaq yazılar dərc edildi. 17 oktyabr tarixdə səhifələrimdə AZAL-ın dövlət büdcəsinə vurduğu ziyan və C.Əsgərovun ailəsinə məxsus Gazelli Şirkətinin Batumidə inşa etdiyi 33.5 milyon ABŞ dolları dəyərində mehmanxana barədə videorolik paylaşıldı (şərhdə). Bu günə həmin videoya 250 mindən çox baxış olub.
Bu günlərdə Cahangir Əsgərovun oğurluq pullara inşa etdirdiyi daha bir möhtəşəm mehmanxana diqqətimi çəkdi. Belə ki, Batumidə inşa edilən Gazelli mehmanxanası, Heydər Əliyev adına Hava Limanının Yeni Terminalı (125 milyon ABŞ dolları), Helikopter Parkı (17 milyon 800 min), Təyyarə Parkı (26 milyon) və Karqo Terminalının (15 milyon) tikintisini həyata keçirən MNG Tikinti Şirkəti Azərbaycanda daha bir mehmanxana proyektini reallaşdırmışdır - NAFTALANda yerləşən, “Qarabağ” sanatoriyasının yerində inşa edilən GARABAG SPA&RESORT.
Bu tikinti proyektlərinin hamısının MNG şirkəti tərəfindən həyata keçirilməsi heç də təsadüfi deyil. Həmin mehmanxanın bir səhifəlik reklamı AZAL təyyarələrində hər bir sərnişinə təklif edilən “Azerbaijan Airlines” jurnalının son səhifəsini bəzəyir. Bundan əlavə bu yay iyul ayında 20-dən artıq jurnalistin daxil olduğu heyət 3 gün müddətində 13 hektardan çox ərazini əhatə edən GARABAG SPA&RESORT mehmanxanasının şəraiti, iş sistemi, müalicə üsulları, heyəti və digər xüsusiyyətləri ilə tanış olublar. Jurnalistlərin səfərini isə gözlənildiyi kimi “Silk Way Travel” həyata keçirib. Bu barədə xəbər saytlarında geniş reportajlar dərc edilib.
Yuxarıdakı faktları əsas tutaraq Naftalanda 34.5 milyon ABŞ dollarına inşa edilən mehmanxanın Cahangir Əsgərovla birbaşa bağlı olduğunda haqlı şübhələr yaranır.
Nə qədər ki, Baş Prokuror Zakir Qaralov 100-200 manat rüşvətə görə müəllim, həkim, tənqidi fikir söylədiyinə görə müxalifətçi həbs etdirəcək, on milyonlarla sərvət toplayanların cinayətkar əməllərinə göz yumacaq manat üzə-üzə boğulacaq.

Комментариев нет: