reklam

Manşet

AXCP sədri Əli Kərimlinin "20 yanvar gecəsi mən necə sağ qaldım" adlı bloq yazısından (2010)

Yazar Unknown среда, 20 января 2016 г. 0 коммент.
"Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi). Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla dolu şüşə qabları tapdılar. Asfalta çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə “atəşə hazır ol!”, sonra da bizi güllələmək əmrini verdi. Sovet Ordusunda ciddi hərbi hissədə xidmət etdiyimdən o zaman orduda olan silahların demək olar hamısından 100-lərlə dəfə atəş açmışdım. Güllə səsi mənə qeyri-adi deyildi. Amma ogünkü güllələr təlimdə atılan güllə deyildi, bizə atılırdı.
Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn oldu ki, mən sağam, ani olaraq düşündüm ki, yəqin yaralanmışam, yara isti olduğundan hələ ağrını hiss etmirəm. "
P.S. 20 yanvar hadisələrindən təqribən 20-25 gün keçmişdi. Universitetdə idim. Hüquq fakultəsində kurs yoldaşım və dostum Rahim Hacıyev mənə yaxınlaşdı, qoltuğunda çoxlu qəzet var idi. Sovet Ordusunun mətbuat orqanı olan Krasnaya Zvezda qəzetini mənə göstərdi . Qəzetdə Sovet Ordusunun Bakıda qayda- qanun yaratmağından, MMŞ-nin silahlı dəstələrindən bəhs olunurdu. Foto yerində mənim həmin gecə çətinliklə dəmir qapının o tərəfinə ata bildiyim MMŞ vəsiqəmin iri planda şəklini vermişdilər. Rahim məqalədən xəbər tutan kimi qəzetin Bakıya gələn bütün nüsxələrini kiosklardan almışdı ki, yazı və çap olunmuş şəkil komendaturanın əlinə düşməsin."

Комментариев нет: