reklam

Manşet

Elnur Astanbəyli.Mirşahin Azərbaycana qarşı

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
Elnur AstanbəyliDeyir ki, "məmurlar ANS-ə qurşaqdan aşağı zərbə endirdilər". Əlbəttə, ağ yalandır, iftiradır. Azərbaycanda söz azadlığı tamamilə təmin olunub. Bizdə mətbuat azaddır. Hansısa verilişin bağlanmasına başqa don geyindirmək yolverilməzdir. Biz hüquqi-demokratik ölkədə yaşayırıq. Bir veriliş bağlanıbsa, deməli, qanuni əsası olub. Ümumiyyətlə, ölkəmizin hər tərəfdən düşmənlərlə əhatə olunduğu vaxtda nə verilişbazlıqdır, axı bizim Qarabağ kimi dərdimiz var. Hamısı masonların işidir, Amerikanın oyunlarıdır. 
Nuşirəvan müəllimə gəlincə, tam səmimiyyətimlə deyirəm, onun qəlbi vətən eşqi ilə döyünür, bütün varlığı ilə dövlətçiliyə bağlıdır. Heç bir verilişin bağlanmasını siyasiləşdirmək olmaz. Senzura dünyanın hər yerində var.

Комментариев нет: