reklam

Manşet

AXCP sədri Əli Kərimli İlham Əliyevin Davosdakı çıxışına münasibət bildirib.

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
"İlham Əliyev Davosdakı çıxışında növbəti dəfə vurğulayıb ki, neftin qiymətinin düşməsinə hazır olmayıb: “Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu”.
Bu açıqlamada xalqımız üçün olduqca əhəmiyyətli 3 etiraf var:
1. Azərbaycanı idarə edənlər nəinki xalqımızı eşitmir, müxalifət liderlərinin, ictimai-siyasi fəalların yazdıqlarını oxumur, heç dünyanın nüfuzlu mətbuat orqanlarının, araşdırma mərkəzlərinin yazdıqlarını da oxumurlar. Ona görə də neftin qiymətinin düşməsi bunlar üçün gözlənilməz olub.
2. Ölkəmizdə seçki institutunun tam məhv edildiyi etiraf olunur. Adamlar hələ 20 il də hakimiyyətdə qalacaqlarını düşünürmüşlər.
3. Neft ucuzlaşmasaydı və ya tükənməsəydi, bundan sonra da 20 il ərzində ölkəni əvvəlki qaydalarla idarə etmək istəyirlərmiş. Yəni neft qurtarana qədər qeyri-neft sektorunun inkişafı, yerli istehsalı genişləndirmək, korrupsiya və inhisarçılıqla mübarizə aparmaq, iqtisadi və siyasi azadlıqları təmin etmək kimi vəzifələr prioritet olmayacaqmış. Tam əksinə, inhisar, korrupsiya, israfçılıq, büdcə oğurluğu dövlət siyasəti olaraq davam edəcəkmiş.
Bəlkə, neftin xalqımıza yazığı gəlib, hələ tam tükənməmiş qiymətini salıb ki, biz xalq olaraq gələcəyimizi düşünək, bacarıqsız, israfçı siyasətlə sərvətlərimizin sona qədər talan edilməsinə dözməyək, bu yanlış, anti-xalq idarəetməsini durduraq, ölkəmizdə ciddi islahatlar üçün hamılıqla səfərbər olaq?" - Əli Kərimli

Комментариев нет: