reklam

Manşet

Səadət Cahangir.Həyatımızın "ağır daşları"

Yazar Unknown воскресенье, 24 января 2016 г. 0 коммент.
Saadet CahangirMəşhur bir fransız professoru Amerikanın böyük şirkətlərinin rəhbərlərinə vaxtın idarə olunması mövzusunda təlim keçirdi. Yaşlı professor mövzunu bir təcrübə üzərində anlatmağa qərar vermişdi. O, masanın altından bir balon çıxardı. Onun içinə tennis topu boyda daşları səliqə ilə yığmağa başladı. Balon ağzına qədər dolanda zala “doldumu?” deyə soruşdu. Hamı bir ağızdan “bəli” deyəndə, professor “həqiqətənmi?” sualını verdi. Ardınca çınqıl daşlarını çıxarıb balondakı boş yerləri doldurmağa davam etdi, sonra “indi doldumu?” soruşdu yenidən. Bir nəfər “xeyr” səsləndi. Haqlıydı, alim sonra bir az qum götürüb balona boşaltdı və ən sonda onu su ilə doldurdu. Professorun anlatmaq istədiyi şey bu idi: “Əgər böyük daşları öncə qoymasanız, onları sonradan yerləşdirə bilməzsiniz. Sizin həyatınızın ”böyük daşları” nədirsə, onu öncə, düzgün yerləşdirməlisiniz. Əks halda, vaxtınız çınqıl və qum kimi kiçik şeylərə vaxt öldürməyə gedəcək…”
Buranın daşı daş üstə qalmayıb axı. Həyatının yarıdan çoxunu bu duman içində itirmiş insana vaxt itkisi haqda daha nə öyrədəcəksən? Insanların xoşbəxtlik axtarışına, xəyal gücünə, yaşamaq eşqinə, sevmək arzusuna əngəl olan bir mühitdə vaxtın ölməsi kimi ağrıdacaq, kimi narahat edəcək ki? Amma bir ölkədə insan həyatı nə qədər belə nizamsız davam edə bilər? Neçə nəsil ağrısını çəkməlidir bu qarışıqlığın? Nəhayət, anlayaq ki, bu ölkədə “həyat balonları”nı düzgün doldurmağın zamanı çatıb. Böyük daşları çoxdan öz yerinə qoymaq lazım…

Комментариев нет: