reklam

Manşet

Kərim Mehdiyev abimizdən,vicdanı sızıldadan müraciət.

Yazar Unknown четверг, 21 января 2016 г. 0 коммент.
Qanı bu Millətin qanından olan kəsi xalqımızın düşdüyü ağır sosial durum narahat etməlidir. Bu gün bir dostum kəndlərində baş vermış hadisəni danışdı. Kimsə kəndçilərindən gecə kənddəki dükana girib, ehtiyacı olduğu qədər ərzaq götürüb. Stolun üstündə qeyd yazib : " qardaş,xahiş edirəm , bu hadisə barədə səs küy salma, ayın axırında pulunu qaytaracam". Görürsünüz bu talançılar Millətimizi nə günə qoyublar? Borcun, kreditin əlindən intiharların sayı hesabı yoxdur. Namuslu, vicdanlı insanlarımızı isə zəlil , insanı aşağılayan hərəkətlərə vadar edirlər. Mən inanmıram ki,millətimizin genetik kodu ölüb ! Mən inanmıram ki,yuxarıda yazdığım hadisə milyonların qüruruna, qeyrətinə, hissiyyatına toxunmur! Məmurunun da, Polisinin də , Milyonerinin də qəlbini xalqımızın durumu ağrıdır. Niyə öz haqqını tələb edən, "acam" deyib hayqıran etirazçılara qarşı polis zorakılığı tətbiq olunur, sualını verənlərın sayı cəmiyyətdə çoxalır. Heç kimi, Allahu Təala doğuşdan insafsız, zalım, ədalətsiz yaratmayıb. Bəlkə insafa gələsiniz !! Öncəkilərin başına gələnlərdən nəticə çıxarasınız! Oğurladığınız milyardlar acından ağlayan uşağın axan bir damla göz yaşına dəyməz, Allahdan Qorxun !! İnsafa gəlin !! Səltənət sahibi, mal mülkünün sayı olmayan, heyvanların, quşların dilini bilən, külək belə ixtiyarında olan Suleyman Peyğəmbər deyir ki, balaca bir qarışqa mənə ağıl öyrətdi. Qarışqa ona deyib ki, "Dünya sənə də qalmaz, Suleyman "!!!

Комментариев нет: