reklam

Manşet

Zümrüd Yagmur.Ölkədə intiharlar baş alıb gedir.

Yazar Unknown понедельник, 18 января 2016 г. 0 коммент.
Zümrüd YağmurÖlkədə intiharlar baş alıb gedir...
Bu intiharlara psixoloji yöndən yanaşsaq, onların mahiyyətində hələ ki, üsyan yoxdur. İnsan üsyan edəndə adətən tək özünə deyil, həm də ətrafa qarşı aqressiv olur və bu da müəyyən ziyan vurmalarla müşahidə olunur. Yəni intihar edən şəxs onu buna vadar edən konkret birinə də ziyan vurmaqla bu yolu seçir.
Ölkədə baş verən intihar hadisələrində bu hal müşahidə olunmur. Özünü öldürən biri onu bu həddə çatdıran birinə də ziyan vurmaqla özünü öldürmür. Demək ki, bu intiharlar mahiyyət etibarilə hələ də insanların baş verənlər qarşısında zəif düşməsindən, problemlərin altında əzilməsindən baş verir.
Ən qorxulu mərhələ intiharda üsyan mərhələsinin doğması ilə başlaya bilər.
Məncə, bunu düşünməyə dəyər...
Çünki ölümü seçən tək getməyəcək, özü ilə birini və ya bir necəsini aparacaq.
Bunun yaradacağı xaosu anlamaq o qədər də çətin deyil və məncə, intiharların mahiyyətinin dəyişəcəyi gün o qədər də uzaqda deyl.
Bunu bir düşünün, ey "yuxarılardakı" cənablar!

Комментариев нет: