
Görürsən iki gənc yolda çarpışır, kitablar yerə dağılır, göz-gözə gəlirlər, sonra tanış olurlar, dönər yeyirlər, kola içirlər. Parkda əl-ələ gəzirlər. Bir-birini daha yaxından tanımaq üçün arada oğlan qızın belindən tutur, qız oğlanın qarnını çimdikləyir və sairə. Bu mamentdə gənclərin qohumlarının araya girməsi ən axmaq işdir. Ana o yandan, qardaş bu yandan, yeznə-bacanaq-zad – hər kəs gənclərə məsləhət vermək fikrinə düşürsə işi korlayırlar. Olmaz belə şeylər. İmkan vermək lazımdır gənclər özləri bir-birini əlləşdirə-əlləşdirə tanışsınlar, isinişsinlər.
Hal-hazırda iqtidarla xalq belə durumdadır, müxalifət qətiyyən araya girməsin. Xalq və iqtidar təzəcə tanış olublar, dəyməyin, qoyun bir az da yaxın olsunlar.
Комментариев нет: