Manşet
Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Füzulinin Böyük Bəhmənli kəndinin iki sakini, dünən və bu gün keçirilən aksiyalarda fəal olan Nəbi və Hikmət adlı şəxslər saxlanılıb.
“Füzulinin icra başçısı Alı Alıyev aksiya zamanı kəndə gəlib, sakinlərə problemlərin həll ediləcəyinə dair söz verib. Amma icra başçısı kənddən çıxandan sonra ora polis göndərilib və adları çəkilən iki sakin saxlanılıb. Bundan qəzəblənən kənd camaatı bu gün saat 19 radələrində Bakı-Horadiz yolunu kəsib. Tələbləri isə odur ki, tutulan iki nəfər buraxılsın”, – deyə məlumatda bildirilir.
Mənbə qeyd edir ki, hazırda da rayonda gərginlik davam edir. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri kəndə gəlsələr də, insanlar dagılışmır, tutulanların buraxılmasını tələb edirlər. Hadisə yerinə Füzuli ilə yanaşı, Beyləqan rayonundan da polislərin cəlb olunduğu bildirilir.
Комментариев нет: