reklam

Manşet

Şahvələd Çobanoğlu.Avtoritarizmdən qurtulmaq lazımdır

Yazar Unknown вторник, 12 января 2016 г. 0 коммент.
Shahveled ChobanogluBu, Azərbaycan xalqının taleyidir, o da müəyyən etməlidir, hansı yolla çıxmalıyıq böhrandan və kim çıxarmalıdır bizi böhrandan. Deməli, ortada bircə tələb və bircə hədəf var: xalq özü öz hakimiyyətini seçməli, həmin hakimiyyət də xalqa verdiyi təkliflərlə ölkəni nəinki ağır durumdan çıxarmalı, üstəlik, inkişaf relsləri üzərinə qoymalıdır. Xalqın istənilən hakimiyyəti dəyişib, yenisini idarəetməyə gətirməsi hüququ bərpa olunmalıdır. Hakimiyyət üzərində ictimai nəzarət, xalqla hesabat vermək məsuliyyəti, mətbuat azadlığı gerçəkləşdirilməlidir.
Avtoritarizmdən qurtulmaq lazımdır – Konstitusiyanın bir nəfərin iki dəfədən artıq prezident seçilməməsi limiti bərpa edilməlidir, Azərbaycan oyuncaq respublikadan, gerçək respublikaya çevrilməlidir. Təklifin də, şüarın da, müzakirənin də, dialoqun da başında bu tələblər olmalıdır.

Комментариев нет: