Manşet
Nə baş verir bu ölkədə?
Bu fərmanları hazırlayan kim, prezidentə imza etdirən kim?
Məqsədləri nədir görən?
Məqsədləri nədir görən?
Əziz həmvətənlər!
2015-ci ilin 22 oktyabrında Azərbaycan Respublikasının Prezidenti “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” 656 saylı fərmanı ilə elə bir addım atdı ki, xalq dərin bir nəfəs aldı, daxilən rahatlandı, gələcəyə ümidləndi və prezidentə dualar etdi.
Çünki həmin Fərmanın 1-ci maddəsində deyilirdi:
1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.”

Fərmanın 3.1-ci yarımbəndində isə deyilirdi: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin"
Xalq həsrətlə gözlədi. Üç ayın tamamını gözlədi.
Sevindi ki, heç olmasa bundan sonra adam kimi yaşamaq imkanı əldə edəcək.

Sən saydığını say, gör fələk nə sayır !?
Budur yeni fərman.
Bu gün saat 17-20-də yeni Fərman yayınlandı.
Sən demə, bu Fərman hələ 24 dekabr 2015-ci ildə qəbul edilibmiş.Nədənsə indi yayılır.

Fərmanda deyilir:
“Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1128) 1-ci hissəsi ləğv edilsin.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il."
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il."
Siz bir şey başa düşdünüzmü?
Bu iki fərmandan bir nəticə çıxır:
Ya 22 oktyabr 2015-ci il tarixli 656 saylı fərmanı, ya da ikinci, 24 dekabr 2015-ci il tarixli fərmanı prezidentə imzalatdıranlar səhv ediblər. Sadəcə, səhvmi?

Kimdir bu səhvi edənlər?
Kimdir iki ay ərzində prezidentə bir-birinə zidd iki fərman imzalatdıranlar?
Dövlətimizi gülünc vəziyyətə salıb onun qeyri-ciddi obrazını yaradanlar?
Kimdir bu xalqın qəsdinə duranlar?
Onu acından öldürmək istəyənlər, aclıqla imtaha çəkənlər?
Kim ???
Nə istəyirsiniz, nə veribsiniz ki ala bilmirsiniz bu zavallı millətdən? Nə ???

Комментариев нет: