reklam

Manşet

Natiq Ədilov.Yersiz romantika ilə xüdafizləşmənin vaxtı

Yazar Unknown воскресенье, 10 января 2016 г. 0 коммент.
Möhtərəm dostlar, siqaretin bahalaşmasına görə bir çoxunuzu onu tərgitməsi və ya bu barədə düşünməsi çox müsbət hadisədir. Siqaret kimi zərərli vərdişdən qurtamaqla yanaşı təklif edirəm, bir içkiyə də əl bulayasız. Baxın, mollaların yox, Britaniya hökumətinin bu günlərdə vətəndaşları üçün yaydığı açıqlamanı bura köçürdürəm. Oxuyun, qərar verin.
“The İndependent” qəzetində dərc olunmuş məqalədə deyilir ki, əgər əvvəllər qırmızı şərabın insana xeyrindən söhbət açılırdısa, indi onun ziyanının xeyrindən qat-qat çox olduğunu deyirlər.
Qəzet yazır ki, Britaniyada yanvarın 8-də son 20 ildə ilk dəfə olaraq yeni alkoqol qaydaları açıqlanmalıdır.
Yeni hökumət tövsiyələrində bildirilir ki, hər hansı spirtli içkinin nəyəsə xeyri, onun vurduğu ziyanın yanında heç nədir, - “The İndependent” yazır.
Hökumət ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilir ki, hətta günə bir qədəh qırmızı şərab da xərçəng riskini 13 faiz artıra bilər.
Əvvəllər hətta həkim tövsiyələrində də deyilirdi ki, qırmızı şərab az miqdarda içiləndə az qala bütün xəstəliklərin qarşısını alır.
Yeni hökumət tövsiyələrində bildirilir ki, hər hansı spirtli içkinin nəyəsə xeyri, onun vurduğu ziyanın yanında heç nədir.
Yeni qaydalarda əhaliyə həftənin bir neçə gününündə, ümumiyyətlə alkoqoldan uzaq durmaq məsləhət görülür.
Sənəddə bu da vurğulanır ki, spirtli içkilərin qəbulu son illərdə üç dəfə azalıb. İndi hər beş nəfərdən biri, ümumiyyətlə dilinə içki vurmadığını söyləyir. (mənbə, "bbc azərbaycanca")

Комментариев нет: