reklam

Manşet

Milli Şuranın sədri, professor Cəmil Həsənlinin “Amerikanın səsi” radiosuna müsahibəsindən

Yazar Unknown воскресенье, 10 января 2016 г. 0 коммент.
– Necə hesab edirsiniz, müxalifət indiki dövrdə – manatın kəskin devalvasiyası, neftin ucuzlaşdığı, dünyanın böhrana qərq olduğu bir vaxtda anti-böhran təklifləri ilə çıxış etməyə hazırdırmı? Təklifləriniz nədir?
– Nəinki hazırdır, müxalifət artıq bu təkliflərlə çıxış edib. Bunun ən aydın nümunəsi Əli Kərimlinin yaranmış vəziyyətlə bağlı təkliflərlə çıxış etməsidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli dərin təhlillərə əsasən bugünkü vəziyyətdən çıxış yolları istiqamətində kifayət qədər əsaslandırılmış təkliflərlə çıxış edib. Bu təkliflər yalnız hökumətə ünvanlanmayıb, eyni zamanda, cəmiyyətə ünvanlanıb. Sadəcə, Azərbaycan hakimiyyətinin indiki böhrandan çıxmağa nə həvəsi, nə iqtisadi təfəkkürü, nə də siyasi iradəsi var.

Комментариев нет: