reklam

Manşet

Gültəkin Hacıbəyli.Multikultural olmaqdan əvvəl kultural olmaq lazımdır.

Yazar Unknown вторник, 12 января 2016 г. 0 коммент.
Gültəkin HacıbəyliBütün problemlərimizi həll etdik, hər dərdimiz düzəldi, indi də multikulturalizm ili elan etmişik. Sanki şanlı hökumətimizə bu il iki dəfə devalvasiya olduğunu, insanların kredit bataqlığında boğulduğunu, qiymətlərin od tutub yandığını xəbər verən olmayıb. Yaxşı, multikultural olmaqdan əvvəl kultural olmaq lazımdır axı! Bu ölkənin mədəniyyət işçisi 117 manat maaşla sürünürsə, aktyoru dilənirsə, əməkdar akrtisası həyatını qarajda başa vurub son mənzilə qarajdan yola salınırsa, bu ölkənin dünyəvi mədəniyyəti böhran yaşayır demək. Əhalinin əksəriyyətinin islam dininə etiqad etdiyi ölkədə hicab məhbusları varsa, bu ölkədə dini mədəniyyət krisizdədir demək. Hansı mültikulturalizmdən danışırsınız?!

Комментариев нет: