Manşet
İnsan Hüquqları və Demokratiya üzrə Makkeyn İnstitutunun direktoru Devid Kremerin müsahibəsindən:
“Bu qanun ölkənin əleyhinə deyil. Bu, Azərbaycan əleyhinə sənəd deyil, insan hüquqlarının pozulmasında günahkar olan və bundan fayda əldə edən konkret hökumət nümayəndələrinə qarşı yönəlib. Qanun layihəsi Vaşinqtonda, eləcə də Avropa və Azərbaycanın özündə məyusluğun səviyyəsini göstərir. Təəssüf ki, iş bu yerə gəlib çatdı. Noyabrda prezidentlər Obama və Əliyev Türkiyədə qısa görüş keçiriblər. Göründüyü kimi, bundan sonra Əliyev demokratiya və insan hüquqları sahəsində müsbət addımlar atmayıb”.
“Lakin bir tərəfində Rusiya, digər tərəfində İranın olduğu bir halda ölkənin mürəkkəb yerdə və asan olmayan vəziyyətdə olduğunu söyləmək daha düzgün olardı. Əgər Əliyev Qərbi özündən uzaqlaşdırmaq istəyirsə, bunu uğurla edir və bu, yalnız bir şey deməkdir: Rusiya və İran böyük təsirə malik olacaq və Azərbaycana böyük təzyiq göstərəcəklər. Bu cür siyasətin yalnış və təhlükəli olmasına şübhəm yoxdur”.
“Ümid edirəm ki, prezident Əliyev və digər hökumət üzvləri başa düşürlər ki, əgər siyasi məhbuslardan biri həbsdə faciəvi şəkildə həlak olursa geometrik silsilədə sanksiyalar ehtimalı artır. Bu, faktiki olaraq Azərbaycanda Maqnitski işinin təkrarına çevriləcək. Mən sanksiya kimi, bunu da istəmirəm. Lakin mən bilmirəm, daha nə etmək lazımdır ki, Əliyevi və Bakıdakı digər məmurları atdıqları addımların tamamilə əks-səmərəli olduğuna inandıraq. Onlar insanların azadlığından imtina etməklə, onlara seçim buraxmamaqla, vəziyyəti daha da pisləşdirməklə özləri ölkədə qeyri-sabitliyin artmasına xidmət edirlər”.


Комментариев нет: