reklam

Manşet

11 yanvar - AXCP Rəyasət Heyətinin üzvü Mammad Ibrahimin məhkəməsindən

Yazar Unknown вторник, 12 января 2016 г. 0 коммент.
"Müdafiə tərəfinin çoxsaylı suallarından sonra zərərçəkmiş qismində tanınan Oruc Vəliyev etiraf etdi ki, izahatı da polis bölməsində özü yazmayıb, çünki latın qrafikasını bilmir. İzahatın sonundakı imza onun olsa da, orada yazılanları oxumadığını qeyd etdi.
"Biz əminik ki, bu şəxs polis bölməsinə heç də izahatda yazıldığı kimi hadisə baş verən gün yox, oktyabrın 1-də müraciət edib. Səbəb də odur ki, Məmməd İbrahimə qarşı ittiham əvvəlcə başqa maddə ilə verilmişdi. Sonradan vəziyyətini ağırlaşdırmaq üçün bu adamları da ora zərərçəkmiş kimi əlavə ediblər. Bu şəxs, ümumiyyətlə, hadisə yerində olmayıb", - deyə vəkil Yalchin Imanov bildirdi.
Məmməd İbrahim özü də dedi ki, bu adamı, ümumiyyətlə, tanımır, heç vaxt görməyib, xəsarət də yetirməyib:
"Bu adam mənə böhtan atır. O, polisin ştatdankənar işçisidi".
Dövlət ittihamçısı müdaxilə edərək ona səbrli olmağı məsləhət görəndə Məmməd İbrahim daha da əsəbiləşdi:
"Mən böhtan nəticəsində nahaqdan 4 aydır həbsdəyəm. Necə əsəbiləşməyim?"

Комментариев нет: