reklam

Manşet

Səadət Cahangirdən gözəl bir şer

Yazar Unknown понедельник, 11 января 2016 г. 0 коммент.
Saadet CahangirBağlı pəncərələrdə
pərdələr qəm çəkirsə,
hüzünlü tablolardan
divarlar nəm çəkirsə...
kitab rəflərindəki
fikirlərin tozlusa,
ağlın qarmaqarışıq,
çevrən də bombozdusa...
bu boz portretləri
kimdi asan divardan?
çevirib bircə-bircə
çıxarasan divardan...
yandırasan ordaca,
otaqlara his dola,
ürəyin aydınlana,
ortalıq alt-üst ola...
siləsən rəflərdəki
sıraların üstünü,
açıb pəncərələri
çıxarasan tüstünü...

Комментариев нет: