Manşet

Professorun yazmasına görə Mir Cəfər BağırovDağıstanı Azərbaycana birləşdirmək istəyirmiş, amma bu plan Əziz Əliyev (İlham Əliyevin ana babası) siyasi səhlənkarlığı ucbatından baş tutmayıb.
Oxuyaq.
«Azərbaycanın geoloq-geofizikləri Dağıstan Muxtar Respublikasının dəniz şelfində neft-qaz yatağı aşkar etmişdilər. Həmin yatağın istismarını təmin etmək üçün Mircəfər Bağırov Dağıstan Muxtar Respublikasının Azərbaycana birləşdirilməsi barədə Moskvadan razılıq almışdır. Problemin həllini təmin etmək üçün professor Əziz Əliyevi Dağıstan Muxtar Respublikasının KP MK-nın birinci katibi seçilməsinə nail olmuşdur. Çox əfsuslar ki, Muxtar Respublikanın Azərbaycana birləşdirilməsinə Sovet Ittifaqı KP MK-nın bürosunda baxılanda məsələnin həllini təmin edə bilmədi.

Görünür Rusiya Federasiyasının rəhbərliyi Dağıstan MR Ali Sovetinin sədri Daniyalovu şirnikləndirərək məsələnin həllinə maneçilik törədiblər.
Axırıncı da M.Bağırovun qəzəbinə səbəb olmuşdur. Növbəti seçkidə Əziz Əliyev Muxtar Respublikanın KP MK birinci katibi vəzifəsinə təkrarən seçilmədi. O vəzifəyə Daniyalov seçildi. Azərbaycan KP MK bürosu Əziz Əliyevi neqativ səhvə yol verdiyinə görə, partiya sıralarından azad olunması barədə qərarını verdi və onun «Caparidze» adına xəstəxanaya baş həkimin birinci müavini təyin olunması barədə səhiyyə nazirliyinə sərəncam verildi. Qeyd olunan məsələni professor özü mənə söylədi. Demək olar ki, Əziz Əliyevin siyasi səhvi nəticəsində, Dağıstan MR Ali Sovetində özünə sədaqətli şəxslə kadr dəyişikliyi vaxtında etmədiyinin nəticəsində Dağıstan MR-i itirdik.»

Комментариев нет: