Manşet

Dedi ki, uşaqları acdır. Çölə çıxıb ki, bir ALLAH (c.c) bəndəsindən pul ala bilsə, evinə, heç olmasa, yavanca çörək aparsın.
Gözlərim yaşardı, qəhər məni boğdu. Çoxdan tanıyırdım. Əvvəllər bir yerdə işə gedərdik. İndi bir az xəstədir deyə, iş tapanda da dəvət eliyə bilmirəm.
Qoluna girib dükana apardım. Bu gün aldığım əmək haqqı ilə--günlüyümlə ona çörək və siqaret aldım.
Qoluna girib dükana apardım. Bu gün aldığım əmək haqqı ilə--günlüyümlə ona çörək və siqaret aldım.
Başqa nəsə almağa gücüm çatmadı, çünki özümünkülərə də bəzi şeylər almalı idim. Evə döndük.
Gecə yarısında qonşudan gələn fəryada dik atıldım. Çölə çıxdım. Səs həmin qonşudan gəlirdi. Əyin-başımı geyinib haraya qaçdım. Oğlu dedi ki, atasının ürəyi partlayıb ölüb. Ovcunun içində quru çörək parçası var imiş. Sən demə axşam aldığım təzə çörəkdən özü yeməyibmiş...
Səhərə qədər bir yerdə ağlaşmışıq."
Bunu dünən qonşuda işləyən bir fəhlə danışırdı.
Комментариев нет: