
Əcnəbilər "Azərbaycan müxalifəti zəifdir" deyəndə mən bunu anlayışla qarşılayıram. Onlar içəridəki proseslərin mahiyyətinə varmadan dəyərləndirmədə haqlıdırlar. Amma ölkənin daxilində özünü Qrenlandiya eskimosundan da arxayın sayıb "Azərbaycan müxalifəti zəifdir" deyənlərə nifrət edirəm. Çünki bu yaramazlar nəinki müxalifətə, bütün cəmiyyətə neqativ enerji aşılayaraq anlamadıqları, ya da anlamaq istəmədikləri mətləbə müdaxilə edirlər. Azərbaycan müxalifəti uzun illərdir ki, n
eft pullarının yaratdığı inzibati zəhmin qarşısında sülənən, amma bunu etməməli olan sosial qrupların iştirak etmədiyi, iştirak etməyə it kimi qorxduğu sosial- siyasi proseslərin içində heç bir dəstək olmadan diktaturaya qarşı öz sıralarından qurban verərək və öz qürurunu sındırmadan mübarizə aparan insanlardan ibarətdir. Bütün cəmiyyəylərdə elmdə, ədəbiyyatda, incəsənətdə,.. mövcudluğun bütün sahələrində fərqli fikirlərin daşıyıcıları olur və onlar siyasi müxalifətin arqumentlərini, mövcudluq şərtlərini möhkəmləndirirlər. Azərbaycanda isə bu yoxdur. Sizə bir karikatura təqdim edəcəm. Mövzu: Putin və Rusiyadır. Bilirsinizmi, Əliyevdən daha sərt və daha güclü olan Putin Rusiyasında həyatın qryri- siyasi müstəvilərində fərqli düşüncənin sahibi olan nə qədər insan var, nə qədər cərəyanlar var?! Baxmayaraq ki, Rusiya cəmiyyəti də Azərbaycan cəmiyyəti qədər qüruru sındırılmış cəmiyyətdir, amma orada karikaturanı yalnız bir Gündüz Ağayev çəkmir, minlərlə karikaturaçı var! Sənət yalnız Ağadadaşlardan, elm yalnız Mahmudovlardan ibarət deyil. Universitetlərdə fərqli düşüncəni təmsil etməkdən qorxmayan professorlar var. İndi isə bu karikaturaya baxın və mənim dediklərimlə razılaşmamağa çalışın... Mənə etiraz etmək qədər asan və rahat bir iş yoxdur, zatən smile duyğusu
Комментариев нет: