Manşet

Deyir, monopolist nazirlər getməlidir – düz deyir.
Amma...
Getməli olanlarla bərabər bu Zahid Oruc da itməlidir bu ölkənin ictimai həyatından. Müdafiə etdiyi rejimlə büsbütün.
Hakim ailənin “Azersun” şirkətinə inhisarçı deyir - haqlıdır.
Amma...
Zahid Oruc da deputatlıq, namizədlik, məddahlıq və yalançı rejimin əl-üzünü yumaq inhisarçılarındandır.
Deyir, icra başçısı vətəndaşı təhqir etməklə xalqı ayağa qaldırır, lap düz deyir.
Amma... Zahid Orucun bu gün deputat olmağı, prezidentliyə namizəd rolu da bu xalqa təhqirdir. Həm də çox pis təhqirdir. Çünki bu adam illərdir hər cür pis qoxuya “iqtidarın çiçək ətridir” yorumu verən bir ünsürdür.

Комментариев нет: