reklam

Manşet

Səadət Cahangir.Insanları çörəklə sınağa çəkmək zülmün son həddidir.

Yazar Unknown суббота, 16 января 2016 г. 0 коммент.
Saadet CahangirInsanları çörəklə sınağa çəkmək zülmün son həddidir. Ondan o yanası yoxdur. Bir adam evdəki ac uşağını kiritmək və xilas etmək üçün nəyə desən, hazırdır. Çünki çörək ət və yağ deyil. Bayram və ya məclis yeməyi, çərəz-filan da deyil. Çörək sadəcə, insanın həyatda sağ qalmaq və acından ölməmək şansıdır. Bu şans həyat minimumudur, ən aşağı minimum. Uzağa getmirəm, elə yaxından – qardaş Türkiyədən bir neçə misal gətirim. Bu ölkədə çörəyin qiymətinin qalxmasıyla bağlı məsələ gündəmə gələndə hər kəs ayağa qalxır. Hələ adi insanları kənara qoyaq. Söhbət səlahiyyətli qurumlardan və şəxslərdən gedir...
Bəli, durum çox ağırdır. Həm də ona görə ki, əhali artıq təkcə özünü böhranın qurbanı deyil, həm də hakimiyyətin qurbanı sayır. Artıq hər kəs anlayır ki, bu çıxılmazlıq yarıtmaz idarəçiliyin məhsuludur. Hamı anlayır ki, ölkənin bu tənəzzül girdabına gəlib düşməsi kasıblıqdan və yoxluqdan deyil, talan və oğurluqdan baş verib. Neft milyardları ölkə insanının güzəranına və güclü iqtisadiyyat qurulmasına yönləndirilmək əvəzinə, xüsusi ciblərə axıb. Ölkədən o qədər “qara qızıl” gedib, amma qaragün vətəndaşın cibində siçanlar oynayır. Işsizlik, bahalıq, borclanma o həddə çatıb ki, artıq əhalinin təknəsində çörək də tükənməkdə. Vətəndaşlarını taleyin ümidinə buraxmış yarıtmaz hökumət anlamalıdır ki, bu gedişin axırı xeyrə deyil. Bu böhranla heç ola da bilməz…

Комментариев нет: