Manşet

dəmir barmaqlıqlar arasında
paslanmış quş qəfəsi,
isinəcəyi
bir qanı qaçmış məhbusun
güclə gedib-gələn
yazıq nəfəsi…
Neftin adlı-sanlı vaxtlarında canımızı o qədər yandırdılar ki, onun qiyməti də dözmədi, 120 dollardan düşüb gəlib durdu 32 dolların üstündə. Amma o dəyərsizləşən neftin ağrı-acısını da yenə ölkə insanının çiyninə yükləyirlər. Dünyanın düz vaxtı bir gün görməyən tərəzinin əyilən vaxtı nə gün görəcək ki… Hərçənd biz heç tərəzinin doğru çəkdiyi zamanı da xatırlamırıq. “Qara qızıl”ın adı ortaya gələndən günümüz qara əskiyə düyülüb qalıb. Iyirmi iki ildir də o düyünü açıb bir yana çıxa bilmirik. Yay-qış vətəndaşın canı yanır. Isti-soyuq vətəndaşın qanı donur. Hələ bu zülmü evinin içində yaşamağın bir təhəri var. Qisasçıların ürəyi soyumur, günahsız yerə həbsxanaya saldıqları insanlarımıza orda da ikiqat əzab verirlər. Işgəncənin buynuzu olmur ki? Gah qazı, gah işığı, gah suyu kəsib yanvar günü dustaqları kamerada dondurursan olub bitir

Комментариев нет: