reklam

Manşet

Qurban Məmmədov.Azərbaycanımızı yandırmağa, viran etməyə qoymayaq !

Yazar Unknown четверг, 14 января 2016 г. 0 коммент.
Qurban Məmmədov's Profile PhotoGörünən odur ki, hakimiyyətin içində kimlərsə, xalqı üsyana təhrik edirlər.
Son 3 ay ərzində atılan addımlar, qəbul edilən qərarlar, hətta qanunlar və fərmanlar belə, xalqı qızışdırmağa, küçələrə çıxartmağa yönəlidir.
Niyə? Axı bu kimə lazımdır?
Xalq ayıq olmalıdır.
Bilirəm, vəziyyətimiz ağırdır. Hamımız eyni durumdayıq. Evlərimizdə sürətlə qıtlıq yaranır.
Əziz həmvətənlər!
Xaos və kortəbii üsyan, yalnız və yalnız, hakimiyyətdə olan oliqarxlara, cinayətkar məmurlara sərfəlidir.
Onlar artıq anlamağa başlayıblar ki, oğurlayıb talan etdikləri bu xalqın səbr kasası daşmaqdadır və hesab günü yaxınlaşıb.
Aradan çıxmaqlarının isə tək bir yolu var: ölkəni viran edib, vətəndaş müharibəsi salıb aradan çıxmaq, büdcəni boşaldıb özlərindən sonra gələcək hakimiyyəti ağır duruma salmaqla özlərinə rəhmət oxutmaq.
Ayıq olun ! Belə alçaqlara imkan verməyin!
İğtişaşlardan kənar olun!
Provakatorlara uymayın.
Belə anlarda evlərinizi tərk etməyin!
Yalnız və yalnız, kim tərəfindən, hansı şüar və tələblərlə təşkil edildiyini əvvəlcədən bildiyiniz dinc, qanuni tədbirlər vasitəsilə hakimiyyəti islahatlara çağırın, haqlarınızı tələb edin !
Unutmayın: onların Vətəni ciblərindəki bank kartlarıdır, bizimsə bu Vətəndən başqa gedəsi yerimiz yoxdur !!!
Azərbaycanımızı yandırmağa, viran etməyə qoymayaq !

Комментариев нет: