reklam

Manşet

Nazlı Ağayeva.Dərya-Bizim səbrimiz qədər dərin və sonsuz ad.

Yazar Unknown понедельник, 11 января 2016 г. 0 коммент.
Nazli  AgayevaVallah, belə olsun istəməzdim, amma hər gün nəsə olur...
Bu gün lap çox sıxıldım. Özümü doğma bir qapıdan içəri salmaq üçün qaçdım evdən. Tanış kənd xalturşiki başının işarəsi ilə maşını göstərdi. Yəni otur. Yarı yolda düşəsi bir türk işçi də vardı. Qabaqda oturan kimi sürücüylə dollar-manat söhbətinə başladılar. Sürücü: - Arxadakı xanım jurnalistdir, deyib məni də qatmaq istəsə də ağzımı açmadım. Baxmayaraq ki, ürəyim doluydu. Yolqırağı kəndin dayanacağından bir uşaq əlini qaldırdı. Əsas kliyent olduğum üçün sürücü mənə baxdı. - Saxlayın, dedim. Çəlimsiz, zərif oğlan uşağı əlindəki sellofan torbanı aramıza qoyub əyləşdi. Soyuqdan əsirdi. Torbanı arxaya qoyub onu özümə sıxdım: - Can, niyə üşüyürsən?
- Ayaqlarım üşüyür, xala...
Ayağında o qədər də təzə yaxud köhnə olmayan qaloş vardı. Uşaq qarın üstündə allah bilir nə vaxtdan bu qaloşlarla durmuşdu. Ayaqlarımı qeyri-ixtiyari türkün oturacağının altına pərçimlədim. Ucuz olsa da topuğuma çatan çəkmələrimdən utandım. O uşağın dupduru gözlərindəki saf, məsum ifadədən utandım. Bir az qarlı, bir az palçıqlı soyuq qaloşların içində üşüyüb buza dönən o ayaqlardan utandım. Bu iqtidardan ehtiyacın üşütdüyü, ağrıtdığı, ən adi tələbatlara möhtac etdiyi bu uşaqların haqqını soruşa bilməyən kimliyimdən utandım... 
Çatmağa az qalmış birtəhər özümü toplayıb adını soruşdum.
- Adım Dəryadır, dedi.
Qabaqda yaranmış sükutu sürücü pozdu:
- Dərya? Nə dərin adın varmış...
Uşaq ürkək-ürkək üzümə baxdı. Onun artıq bir balaca isinən əllərini sığallayıb cavab verdim:
- Hə, Dəryadır adı... Bizim səbrimiz qədər dərin və sonsuz ad...

Комментариев нет: