reklam

Manşet

Natiq Ədilov.Banklar və bankrot

Yazar Unknown воскресенье, 17 января 2016 г. 0 коммент.
Dünən, "Bank Respublika"dan məktub aldım. Bu bankda hesabım var. Məktub maarifləndirici ruhdadır. Orda göstərilir ki, bank hansı əməliyyatları edir, hansını yox. Aşağıda qoyduğum fotoya baxın, qırmızı rəng dayandırılan xidmətlərdir (sayı 10), sarı rəng fəaliyyəti axsayan, yəni sragagün, ta srağagün işləmirmiş, indi işləyir, sabah isə bilinmir. Yerdə qalan funksiyaların da tam yarısı, əvvəlki kimi iş gücündə deyil. Bu hələ bankın öz etirafıdır, reallıq allah bilir nə gündədir.
Beləliklə, qarşımızdakı ağır zədələnən, sir-sifəti "leykolpastr"lı bankdır. Onun bu xəsarətdən sağ çıxağacı sual altındadı və o tək deyil. Ölkənin bütün bankları intihar həddindədir, bir gün səhər durub bankların ofislərin məişət evlərinə, dəlləkxanaya, xaşxanaya çevirildiyini görsək çaşmayaq. Bütün bu hadisələr heç şübhəsiz ki sabah inamımızı öldürmür, bank ölür cəhənnəmə ölsün.

Комментариев нет: