reklam

Manşet

Nahid Cəfərov.Azərbaycanda nələr baş verir?

Yazar Unknown среда, 13 января 2016 г. 0 коммент.
Nahid Cəfərovİstənilən qeyri demokratik dövlətlərdə strateji dinc mübarizə 3 şərt təmin olunduqda qalib gəlir: 1. Hökumətin əsas dayaqları olan institutlar- polis, media, ordu- fəaliyyət qabiliyyətini itirdikdə (Gürcüstan), 2. Əhali aktiv şəkildə siyasi proseslərə qatıldıqda (Ukrayna), 3. Əhalini səfərbər edə bilən mükəmməl bir ideologiya və ya institut olduqda (Ərəb baharında bu funksiyanı İslam dini yerinə yetirdi).
Azərbaycanda bu şərtlərin heç biri təmin olunmadığından hadisələr fərqli ssenari üzrə inkişaf edə bilər. İqtisadi cəhətdən səfalət içində yaşayan əhali rejimə və onun nümayəndələrinə nifrət etsə də, siyasi tələbləri gündəmə gətirməkdən çəkinir. Bu, bir daha əhalinin siyasi dəyişikliklərə hazır olmadığını və ya çıxış yolunu siyasi mübarizədə görmədiyini təsdiq edir. Son günlər artan intiharlar bu nəzəriyyənin bariz sübututur.
Digər tərəfdən, əhalinin siyasi proseslərə cəlb olunmadığını anlayan hökumət, gərginliyi müəyyən dərəcədə azaltmaq üçün bir neçə icra başçısını işdən çıxartmağı, kredit borclarını ləvğ etməyi nəzərdən keçirə bilər (bu addımların dərhal hiss olunma effektini nəzərə ala bilər), bu addımlar effect vermədiyi təqdirdə isə, ən qəddar vasitələrə belə müraciət edilə bilər. Bu da siyasi rejimin daha çox radikallaşmasına və hətta dinc əhaliyə qarşı odlu silahdan belə istifadə etməsinə zəmin yaradacaqdır. Hətta düşünürəm ki, buna hazırlıqlar gedir.
Lakin, mənzərə o qədər də ürəkağrıdan deyil. Çıxış yolu mövcuddur. İlk öncə qeyd edim ki, aparılan hesablamalara görə bu hökumət əhalini böhrandan çıxara biləcək heç bir potensiala və resursa malik deyildir. Bununla bağlı hökumətə hər hansı bir təkliflər poketini təqdim etmək və hökumət tərəfindən onun həyata keçirilməsini gözləmək sadəlöflük olardı. Yeganə çıxış yolu hökuməti istifa verməyə məcbur etməkdir. Bunun üçün legitimlik fəlsəfəsini anlamaq və hökumətin fəaliyyətini tənzimləyən bu legitimliyi sarsıtmaq lazımdır. Hökumət institutları rejimin legitimliyi əsasında çalışır. Bu legitimlik sarsıldığı halda heç bir polis əlinə silah və ya dəyənək götürərək sadə xalqın üzərinə gedə bilməz. Strateji dinc mübarizənin ilk hədəfi bu legitimliyi sarsıtmağın yollarını tapmaq və bu yolların tədbiqetmə metodlarını müəyyənləşdirmək olmalıdır. Paradoksal görünsə də, rejim özü xalqa qarşı despotic davranışla bu prosesə dəstək olur. Sadəcə bundan düzgün istifadə etmək lazımdır.
Bununla yanaşı, əhalini yüksək sürətlə siyasi proseslərə cəlb etmək tələb olunur. Əhalinin kütləvi olaraq siyasi proseslərə cəlb edilməsi rejimin legitimliyinə bir başa zərbə vurur. Bu məqsədlə tətbiq olunacaq taktiki gedişlər düzgün seçilməli və hədəf qrupları düzgün müəyyənləşdirilməlidir. Hər bir hədəf qrupu üçün fərqli format və fərqli metodlar seçilməlidir. Bütün bunlar abstract və ya qeyri real görünə bilər, lakin, həyatda mümkün olmayan çox az şey var. Əsas odur ki, inam və istək olsun.
Eyni zamanda, nəzərə alsaq ki, hazırki hökumət milləti böhrandan çıxara biləcək potensiala malik deyil, rejimin “reform” həyata keçirmək istəyi də ölkədə xaosun yaranmasına və ya legitimliyin sarsılmasına səbəb ola bilər. Belə ki, islahatlar həyata keçirmək istəyini elan edən siyasi rejim, özləri də düşünmədən insanların iqtisadi gözləntilərini artırır və daha sonra bu gözləntiləri qarşılaya bilməyən rejimin daxili legitimliyi sarsılır.
Nəzərə alsaq ki, hökumətin güc strukturları xalqa qarşı kifayət qədər amansız formada mübarizə aparır, onda bu strukturlar üçün legitimlik toxunulmaz qalıbdır. Bu legitimliyi dağıda bilən amilləri müəyyənləşdirmək və bu amilləri rejimə qarşı mübarizədə nəzərə almaq lazımdır. Bütün bu taktiki gedişlər həyata keçirilmədiyi təqdirdə ölkədə heç bir siyasi mübarizə gündəm mövzusu ola bilməz və aclıqdan ayağa qalxan xalq ən son vasitə ilə (silah gücü) susdurulacaqdır.

Комментариев нет: