Manşet

Bundan başqa xaricdə, o cümlədən Türkiyədə təhsil alan 10 minlərlə tələbələrimiz və onların ailələri də çox ağır duruma düşüblər. Onların bütün xərcləri dollarla hesablanır. Minlərlə tələbənin təhsilini yarımçıq qoymaq riski yaranıb. Anlamalısınız ki, əsl milli sərvət bizim yüksək təhsilli gəncliyimizdir. Sizin bacarıqsızlığınızın, acgözlüyünüzün, israfçılığınızın əziyyətini Azərbaycan gəncliyi (və onların ailələri) çəkməli deyil. Bu ailələrə mütləq kömək etmək lazımdır.
Pul yoxdur? Neft Fonduna, ARDNŞ-ə, digər dövlət şirkətlərinə miliardlarla manat pul xərcləyib tikdiyiniz, aldığınız yeni ofislərin birini satın. Onların əvvəlki ofislərinə qayıtması bir problem olmaz. Onsuz da gördükləri iş bu millətin sərvətlərini dağıtmaqdır. Onu da etmək istəmirsinizsə, bu il keçirməyi nəzərdə tutduğunuz Formula -1 və İslam Həmrəyliyi oyunlarına ev sahibliyindən imtina edib, həmin pullarla Azərbaycan gəncliyini xilas edin!
Комментариев нет: