
Fikirləşib-fikirləşib, ən “ağıllı” tədbirə əl atıblar. Banklar, valyutadəyişmə məntəqələri dollar satmır, vəssalam. Bununla da, hər şey düzələcəkmiş, hər hansı anti-böhran tədbirinə də ehtiyac yox imiş. Yəni doğrudanmı anlamırlar ki, dollar satışı dayandırılsa, cəmi bir neçə günə ölkədə ciddi qıtlıq, ərzaq çatışmazlığı başlayacaq? Yaxşı, maşın və avadanlıqları, texnikanı, paltarı, ev əşyalarını qoyduq bir kənara, bir müddət onlarsız da yaşaya bilərik. Bəs ölkəyə ərzaq və dərman dollarsız necə gətiriləcək? Bəs adamlar xəstələrini xaricə necə aparacaq? Xaricdə oxuyan uşaqların valideynləri nə edəcək? Dollarla borcu olanlar necə tapacaq dolları? Bu qədər olmaz artıq. Bu bacarıqsız korrupsionerlər hər gün, hər bir addımları ilə xalqa problem yaradırlar. Ölkədə köklü dəyişikliklər olmazsa, olmazdır!
Комментариев нет: