reklam

Manşet

Əli Kərimli.Dövlət Gömrük Komitəsini də MTN kimi ləğv etmək lazımdır

Yazar Unknown вторник, 12 января 2016 г. 0 коммент.
Ali Karimli (Əli Kərimli)Yox, bu düşüncənin daşıyıcılarından islahat aparan olmaz. Dövlət Gömrük Komitəsini də MTN kimi ləğv etmək lazımdır. Neçə gündür ki, mətbuatda, sosial şəbəkələrdə ölkədə inhisarçılığın bəslənilməsində Gömrük Komitəsinin rolu sərt tənqid olunur. Bunlar da guya tənqidlərə cavab veriblər. Siz hələ bunların mətbuat üçün verdiyi açıqlamada yazdıqları sözə baxın: “Xalq öz liderinə, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu, düşünülmüş siyasətinə inanır”. Adama deyərlər, siz kimsiniz ki, xalqın kimi dəstəklədiyini bəyan edəsiniz? Xalq sizə bu səlahiyyəti verib? Sizlər dövlət qulluqçuları olaraq siyasətdən kənar olmalı deyilsiniz? Millət həm də sizin komitənin illər uzunu yol verdiyi qanunsuzluqların əzabını çəkmir? Öz işinizdə qayda-qanun yaratmaqdansa, xalqın adından siyasi bəyanatlar verməyə nə haqqınız var?

Комментариев нет: