Yazar Unknown
понедельник, 11 января 2016 г.
Baxıram ki, sosial şəbəkələrdə əksəriyyət 2016-cı ilin multikulturalizm ili elan olunmasına gülür. Başa düşürəm ki, acığınızdan gülürsünüz. Təbii ki, bu acı gülüşdür. Amma etiraf edim ki, mənə gülməli gəlmədi. 2016-cı il bizim hazırda gözlədiyimizdən də çətin olacaq. Bir hökumət ki, ağır kredit altında inləyən 2.5 milyon nəfərin, hazırkı məzənnə ilə 80-90 dollar məbləğində pensiya və maaş alan yüzminlərin, indiki və gələcək işsizlərin, ailəsini ərzaqla, dərmanla təmin etmək dərdindən yuxusu ərşə çəkilmiş vətəndaşların taleyini, sosial-iqtisadi böhrandan çıxmağı deyil, ölkəmiz üçün qətiyyən aktual olmayan bir mövzunu prioritet elan edir, deməli, bu hökumətin bu xalqla bağları tamamən qopub. Belə bir hökumət bu xalqı təmsil edə bilməz!

Комментариев нет: