Yazar Unknown
среда, 13 января 2016 г.
Neftin qiyməti 30 dollara düşdü. Manat batır, banklar batır, insanlar ac və çarəsiz durumda. Hamı gözünü hökumətə dikib vəziyyətdən çıxış yolu gözləyir ki, bəlkə bir az gözləri doydu, insafa gələlər, korrupsiyanı, rüşvəti, monopoliyaları yığışdırb, camaata dolanmaq üçün nəfəslik açalar. Maliyyə naziri Samir Şərifov bu gözləntilərə cavab verdi: dörd illik qənaət proqramı hazırlanmalıdır! Bu da hökumətin cavabı! Bəs siz nə gözləyirdiniz?! Özü də qənaət belə olacaq: pensiyalardan qənaət edib Formula 1 yarışları keçirəcəyik, maaşlardan kəsib İslam Həmrəylik Oyunlarına verəcəyik. Başqa heç nəyə ümid bağlamayın, ümid kəmərlərinizədir. Kəmərlərinizi sıxın, ey mənim dözümlü xalqım!

Комментариев нет: