Yazar Unknown
пятница, 15 января 2016 г.
Füzuli, Lənkəran, Siyəzən, Ağcabədi, Ağsu, Ucar, Beyləqanın ardınca bu gün məğrur Quba camaatı da devalvasiyaya, bahalaşmaya, artan kredit borclarına, yoxsulluğa, işsizliyə qarşı dinc etiraz aksiyası keçirdi. Dostlar, hansısa bir televiziya kanalında bu aksiyalar barədə məlumat eşitdinizmi? Aksiya keçirən bölgələrimizdən reportajlar gördünüzmü? Bəs nədən aksiyaların bir qrup ekstremist, müxalifətçi, radikal dindar, eyni zamanda, içkili adamlar tərəfindən təşkil edildiyini, aksiyaçıların tələblərinin isə yalnız araq və siqaretin sərbəst qaydada satışı olduğunu tirajlayan telekanallarımız aksiyaların özü barədə, etiraza qalxmış minlərlə insan, onların gerçək tələbləri barədə heç bir məlumat vermir? Hanı sizin vicdanlılığınız, qərəzsizliyiniz, dəqiqliyiniz? Sadəcə, "ar olsun sizə" deyirəm. Milləti qoyun yerinə qoymaq hələ heç kimə uğur qazandırmayıb.

Комментариев нет: