reklam

Manşet

Eldəniz İsmayıloğlu.İqtidara təklifim-məsləhət üçün həbsxanaya gedin.

Yazar Unknown суббота, 16 января 2016 г. 0 коммент.
Eldeniz MollayevBu gün iqtidar müxalifətə müraciət edir ki, vəziyyətdən çıxmaq üçün,öz təkliflərinizi,proqramlarınızı bildirin.Təqdirə layiq,müsbət haldır,dünyanın hər yerində(yəni normal ölkələr nəzərdə tutulur) belə çətin vəziyyətlərdə iqtidar-müxalifət bir masada birləşərək çıxış yollarını axtarırlar.Lakin bizdə vəziyyət bir az başqadır.Belə ki,müxalifət 20 ildən artıq idi ki,bunları deyirdi,müxalifət deyirdi ki,bu getdiyimiz yol doğru yol deyil,müxalifət deyirdi ki, neft pullarını bu cür mənasız şəkildə xərcləmək düzgün deyil,onlardan kapital kimi faydalanaraq, iqtisadiyyatı qurmaq və onun neftdən asılılığını azaltmaq lazımdır.
 Lakin iqtidar bunların heç birini eşitmək istəmirdi,bunları deyənləri vətən xaini,xalq düşməni,narkoman,silah alverçisi və s.damğalarla şərləyərək bir ucdan tutub qazamata basırdı.İndi birdən nə oldu ki,iqtidar müxalifətə təklifləriniz verin deyə,birdən-birə 180 dərəcə dönərək yumşaldı.Mən sizə deyim nə oldu.O oldu ki,artıq vəziyyətin doğrudan da günbəgün kritikləşdiyini,iqtisadiyyatın çox dərin bir böhrana girdiyini,büdcənin günbəgün əridiyini,Neft Fondunun və Mərkəzi Bankın ehtiyyatlarının günbəgün azaldığını,bir sözlə vəziyyətin ciddiliyini artıq başa düşməyə başladılar.
İndi əziz və hörmətli iqtidar nümayəndələri mənim sizə bir təklifim var,məsləhət üçün həbsxanaya gedin.Çünki sizə məsləhət verə biləcək adamların,böyük bir hissəsi,məhz sizin "işgüzarlığınız","vətənsevərliyiniz"sayəsində qazamatdadırlar.Ya da ki,gedib onlardan məsləhət almaqdan utansaz,onda açın o adamların nə yazdıqlarını,nə təklif etdiklərini oxuyun,onda çıxış yolunu da tapacaqsınız.
BU DA SİZƏ TƏKLİF,BUYURUN İCRA EDİN!(BACARSAZ,YA DA QOYSALAR)

Комментариев нет: