reklam

Manşet

Eldəniz İsmayıloğlu.Bütün türk dünyasının və islam aləminin tək ümidi-Türkiyə

Yazar Unknown суббота, 9 января 2016 г. 0 коммент.
Eldeniz MollayevBu gün bütün türk dünyasının və islam aləminin tək demokratik,21-ci əsr standartlarına cavab verən dövləti Türkiyədir.Düzdür "qalstuklu mollalar",yəni AKP hakimiyyətə gəldikdən sonra Türkiyə,bu gün dünyanın inkişaf etmiş kəsiminin olmazsa-olmaz  kimi qəbul etdiyi sekulyarizmdən (dinin siyasətə qarışmaması və ictimai münasibətlərdə əsas meyar kimi götürülməməsi)uzaqlaşmaqdadır,lakin yenə də bu gün islam şərqində demokratrik,çağımızın standartları ilə müəyyən ayaqlaşan yeganə dövlət hələki ancaq Türkiyədir.Şərqə demokratiya uyğun deyil,müsəlmana demokratiya yaramaz deyən bütün ağzı göycəklərin ağızlarına qapaqdır Türkiyə.            
  Lakin bütün türk dünyasının və islam aləminin Türkiyədən bir gözləntisi var.Türkiyə bu ölkələrə demokratiyanın gəlməsi üçün, bu ölkələrdəki diktator rejimlərin yıxılması üçün,bu ölkələrdə çağdaş dövlətlərin qurulması üçün yardım etməlidir.Lakin çox təəssuf ki,bu gün biz bunu görmürük,tam əksinə Türkiyə bu ölkələrdəki diktator rejimlərlə çox səmimi və dostyanə bir münasibətdədir.                                                  
 Biz Türkiyədən bunu gözlərkən,çox təəsüff olsun ki,tam əksini görürük,belə ki Türkiyə özü də tədricən diktaturaya doğru getməkdədir.Belə ki, bütün sivil dünyanın ən demokratik idarəetmə üsulu kimi qəbul etdiyi parlament idarə üsulundan imtina edərək,prezident idarə üsuluna(başkanlık sistemi) keçmək istəyir.Bu isə diktator meyllərinin varlığı həmişə hiss olunan Rəcəb Tayyib Erdoğanın səlahiyyətlərinin biraz da artması və Türkiyənin diktaturaya doğru tədricən getməsi deməkdir.                 
 Burdan bütün Türkiyə xalqına,Türkiyə əhalisinə səslənirəm,siz bütün türk dünyası və islam aləmi üçün nümunəsiniz,onların ümidisiniz,buna yol verməyin,Ərdoğanın bu arzusunun gerçəkləşməsinə izn verməyin.

Комментариев нет: