reklam

Manşet

AXCP sədri Əli Kərimlinin Azadlıq Radiosuna söylədikləri.

Yazar Unknown четверг, 14 января 2016 г. 0 коммент.
«AXCP mitinqlərini xəlvət keçirmir».
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hüquq-mühafizə orqanlarının bölgələrdəki aksiyaları müxalifətin təşkil etməsi haqda dediklərinə münasibət bildirərkən belə söylədi. O, AzadlıqRadiosuna deyir ki, rəsmi açıqlamadakı fikirlərin əsası yoxdur:
«Azərbaycan hökuməti etiraf etmək istəmir ki, uzun müddətdir həyata keçirdiyi siyasətin nəticəsi olaraq xalqı aclıq vəziyyətinə gətirib çıxarıb. Demək olar ki, çörəyə möhtac edilmiş, ac və qəzəbli xalqla üz-üzə qalıb. Bu gün regionlardakı etirazlar sosial etirazlardır, xalqın özü tərəfindən həyata keçirilən etirazlardır. Biz mitinq keçirəndə xəlvət keçirmirik. Mitinq keçirəndə rəsmən müraciət edirik. Bu mitinqlərsə xalqın mitinqləridir».
Əli Kərimlinin fikrincə, Azərbaycan hökuməti məlumatsız insanlara təlqin etmək istəyir ki, guya bu mitinqləri də müxalifət keçirir və bu, siyasi hakimiyyət uğrunda mübarizənin elementidir. «Yalandır. Tək bizə yox, xalqımıza böhtandır. Xalqımız bu gün yüksək siyasi mədəniyyətlə keçirdiyi etirazları ilə nümayiş etdirir ki, bu qədər haqsızlığa rəğmən yenə təmkinlidir», - AXCP sədri bildirir.

Комментариев нет: